Icma.az
close
up
RU
“Bəlkə də xaricdən kiminsə sifarişi İran rəhbərliyini müharibəni davam etdirməyə sövq edir...”

“Bəlkə də xaricdən kiminsə sifarişi İran rəhbərliyini müharibəni davam etdirməyə sövq edir...”

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Amma yersiz olaraq qələbədən danışmaq əvəzinə, İslamabad danışıqlarından da yararlanaraq var gücləri ilə 93 milyonluq ölkəyə qarşı bu dağıdıcı prosesi dayandırmağa çalışmalıdır...”

“Doğrusu, bu gün İslamabadda gecən danışıqların da nəticəsindən asılı olmayaraq mən heç deyilən müddətdə də İran və Amerika arasında atəşkəsin saxlanacağına inanmıram. Çünki görürük ki, həm İranda, həm İsraildə, həm də ABŞ-da tərəflər dərhal özlərini qalib elan etdilər.  Bu da onu göstərir ki, heç kəs öz mövqeyindən geri durmaq fikrində deyil.

İkincisi, o da göz qabağındadır ki, hərbi əməliyyatlar davam etdikcə İran iqtisadiyyat, xüsusən də sosial infrastruktur baxımından daha çox ağır zərbələr alır. İqtisadiyyatın əsasını təşkil edən sahələr, məsələn, İsfahanda dəmirəritmə kombinatı, alüminium istehsalı müəssisəsi və s. zərər görüb. Belə iri obyektlərin bərpası olmadan iqtisadiyyatın qısa müddətdə bərpası çox çətin məsələdir. Bu gün ölkədə insanlar ən zəruri gündəlik tələbat malları, içməli su, qaz, işıq, səhiyyə və digər sahələrdə  böyük çətinliklərlə üzləşirlər.”

Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib.

“İsrail və ABŞ-ın da məqsdlərindən biri ondan ibarətdir ki, İranın iqtisadi və texnoloji baxımdan gələcəkdə ballistik raket istehsalı və nüvə proqramlarını bərpa etmək üçün heç bir imkanı qalmasın... Təəssüflər olsun ki, özünü “İranın dostları” adlandıranlar da bu ölkənin düşmənləri üçün də zəif nöqtələr formalaşdırırlar, bəhanə yaradırlar”, -deyə davamında həmsöhbətimiz bildirib.

“O da bəllidir ki, İranın hava hücumundan müdafiə sistemi tamamilə çöküb. Bu da  İsrail və ABŞ-a istənilən iqtisadi mərkəzinə dağıtmağa real imkan yaradır. Bir sözlə, bütün mənalarda İran tərəfindən bu savaşın davam etdirilməsi məntiqsizdir. Hər iki tərəfdə itkilər var və nəticədə insanlar əziyyət çəkir. Amma daha çox ABŞ və İsrail yox, İran xalqı əziyyət çəkir. Ona görə də İran rəhbərliyi  və diplomatları yersiz olaraq qələbədən danışmaq əvəzinə, İslamabad danışıqlarından da yararlanaraq var gücləri ilə 93 milyonluq ölkəyə qarşı bu dağıdıcı prosesi dayandırmağa çalışmalıdır.  Təəssüf ki, Tehrandakı hərbi-siyasi rəhbərliyin ambisiyalarının onların bu prosesi dayandırmağa imkan verəcəyinə də inanmaq olmur. Bəlkə də İran rəhbərliyi xaricdən kiminsə sifarişini yerinə yetirir və bu səbəbdən müharibənin davam etməsində maraqlıdır. Odur ki, onlar həm hərbi əməliyyatlar, həm də atəşkəs zamanı sadə vətəndaşlarda hər vasitə ilə qələbə, üstünlük görüntüsü yaratmağa çalışırlar”, -deyə sabiq baş diplomat vurğulayıb.

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Aprel 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri