Bellingem Mbappenin penaltini qaçırmasını şərh etdi Ona görə uduzduq
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Real Madrid" Çempionlar Liqasının L mərhələsinin 5-ci turunda səfərdə İngiltərə "Liverpul"una 0:2 hesabı ilə uduzub.
Fanat.Az xəbər verir ki, ikinci hissədə "Real Madrid"in lehinə penalti təyin olunsa da, fransalı hücumçu Kilian Mbappe meydan sahiblərinin qapıçısını məyus edə bilməyib.
"BBC Sport" "Real"ın digər ulduzu Cud Bellingemin oyundan sonra komanda yoldaşı barədə dediklərini belə təqdim edib:
"Düzdür, penaltini yerinə yetirə bilmədik və ona görə uduzduq. Amma bu epizod məğlubiyyətimizdə başlıca səbəb deyil. Sadəcə, rəqib daha yaxşı çıxış etdi. Mbappeyə gəlincə, o, şöhrətinə, populyarlığına görə təzyiq hiss edir. Futbolda belə hallar olur”.
"Real Madrid" Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi 5 oyunda 6 xal toplayaraq 24-cü yerdə qərarlaşıb.
Mirağa
Baxış sayı:124
Bu xəbər 28 Noyabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















