Bellinqemin vurduğu qolla Norveçi məğlub edib, İngiltərə DÇ də yarımfinala yüksəlib
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, oyunun əsas qəhrəmanı Cud Bellinqem olub. İlk hissədə Andreas Şelderupun qolu ilə hesabda geri düşən İngiltərə onun sayəsində bərabərliyi bərpa edib. Norveç ikinci hissədə daha təhlükəli görünsə də, İngiltərə oyunun sonlarına doğru üstünlüyü ələ alıb.
Əlavə vaxtın əvvəlində Bellinqem gözlənilməz zərbə ilə ikinci qolunu vuraraq komandasını önə keçirib. Norveç qapıçısı Orjan Haskjold Nylandın buraxdığı səhvdən sonra topu qapıya göndərən yarımmüdafiəçi İngiltərəyə vacib qələbə qazandırıb.
Norveçdə Erling Haalandın hücumları nəticə verməyib. İngiltərə müdafiəsi onun təhlükəsini minimuma endirib. Norveç son dəqiqələrdə hesabı dəyişmək üçün cəhd etsə də, buna nail ola bilməyib.
Baş məşqçi Tomas Tuxelin komandası ideal oyun nümayiş etdirməsə də, vacib anlarda fərdi keyfiyyətləri hesabına qalib gəlib. Bellinqem turnirdə 6-cı qoluna imza ataraq həm “Qızıl buts”, həm də turnirin ən yaxşı oyunçusu mükafatına əsas namizədlərdən birinə çevrilib.
İngiltərə Dünya Kubokunun yarımfinalında mübarizəni davam etdirəcək.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 12 İyul 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















