Belqradda etirazçı prezidentin iqamətgahını partlatmaqla hədələyib
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Serbiyanın Xalq Məclisinin (birpalatalı parlament) binası qarşısında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan etirazçı prezident sarayını partlatmaqla hədələyib, onun üzərində bomba aşkar edilməyib.
Tribunainfo.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Belqradda Daxili İşlər Nazirliyinin əməkdaşları 1972-ci il təvəllüdlü V.B. inisialları olan şəxsi həbs edərək xidməti binaya gətiriblər. O, bu gün mühafizəçilərə onun üzərində iki bomba olduğunu və prezident sarayının binasını partlatmaq istədiyini bildirib. Şəxsin üzərində baxış keçirilərkən partlayıcı qurğular aşkar edilməyib”, – Serbiya DİN-in mətbuat xidmətinin bəyanatında deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 15 Mart 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















