Icma.az
close
up
RU
Belqradda imzalanan sənədlər: Bakı Balkanlarda mövqeyini gücləndirir

Belqradda imzalanan sənədlər: Bakı Balkanlarda mövqeyini gücləndirir

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində Azərbaycan və Serbiya prezidentləri İlham Əliyevlə Aleksandar Vuçiç arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclası keçirilib. Tərəflər siyasi, enerji, iqtisadiyyat, investisiya, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalayıblar.

Görüş həm təkbətək, həm də geniş heyət formatında baş tutub. Dövlət başçıları iki ölkə arasında strateji tərəfdaşlığın artıq sistemli və davamlı mexanizm üzərində qurulacağını bildiriblər. İmzalanan sənədlər münasibətlərin daha strukturlaşdırılmış və uzunmüddətli əsasda inkişafına yönəlib.

Tərəflər regional təhlükəsizlik məsələlərində ortaq mövqeləri də vurğulayıblar. Bundan əlavə, iqtisadi və enerji əməkdaşlığının dərinləşdirilməsi, birbaşa nəqliyyat əlaqələrinin genişləndirilməsi və investisiya layihələrinin artırılması ilə bağlı razılaşmalar əldə olunub.

Belqradda keçirilən bu iclas Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində institusional çərçivəyə keçdiyini təsdiqləyir.

Bəs Azərbaycan-Serbiya əməkdaşlığının institusional müstəviyə keçməsi regionda geosiyasi balansı dəyişə, yeni tərəfdaşlıq formatlarının formalaşmasına yol aça bilərmi?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan Prezidentinin Serbiyaya rəsmi səfəri çərçivəsində keçirilən ikitərəfli və geniş tərkibli görüşlər, eləcə də imzalanan sənədlər Azərbaycan ilə Serbiya arasında münasibətlərin inkişaf dinamikasını bir daha nümayiş etdirdi. Nəzərə alsaq ki, son illər iki ölkə arasında əlaqələr intensiv şəkildə genişlənir və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, bu səfər həmin xəttin davamı kimi qiymətləndirilə bilər.

Politoloqun sözlərinə görə, dünən imzalanan sənədlər müxtəlif sahələri əhatə edir. O, Azərbaycan və Serbiya arasında əməkdaşlığın çoxşaxəli olduğunu deyib. Xüsusilə qeyd etmək lazımdır ki, Avropanın ondan artıq ölkəsi kimi Serbiya da Azərbaycanın enerji resurslarına ehtiyac duyur və bu istiqamətdə əməkdaşlıq prioritet mövqe tutur:

"Serbiya ilə münasibətlərin inkişafı Azərbaycanın Orta Avropa və Balkanlarda mövqeyinin güclənməsi deməkdir. Eyni zamanda bu əməkdaşlıq Slavyan dünyasında da Azərbaycanın mövqeyini möhkəmləndirir. Serbiya yerləşdiyi coğrafi mövqeyə və Avropadakı roluna görə mühüm ölkədir. Münasibətlərin genişlənməsi hər iki tərəfin maraqlarına xidmət edir".

Oqtay Qasımov: Bu əməkdaşlıq bölgədə hər hansı geosiyasi balansın dəyişməsi anlamına gəlmir

Müsahibimiz bildirib ki, Azərbaycan Serbiyada yeni istilik və elektrik stansiyalarına investisiya yatırmağı planlaşdırır. Bu isə Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də investor dövlət kimi rolunun artdığını göstərir. Bu razılaşmalar Azərbaycanın Avropa bazarında və ümumilikdə Avropa qitəsində mövqeyinin güclənməsi kimi dəyərləndirilə bilər:

"Serbiyadan əlavə, Azərbaycanın ondan artıq Avropa ölkəsi ilə həm strateji tərəfdaşlıq, həm də enerji sahəsində ciddi əməkdaşlığı mövcuddur. Serbiya ilə münasibətlərin inkişafı eyni zamanda bu ölkənin enerji təhlükəsizliyi üçün mühüm təminatdır.

Bu əməkdaşlıq bölgədə hər hansı geosiyasi balansın dəyişməsi anlamına gəlmir. Bu, tərəflərin qarşılıqlı maraqlarına uyğun şəkildə formalaşan münasibətlərdir və hər iki ölkə bu əməkdaşlıqdan fayda götürməyə çalışır".

Onun sözlərinə görə, Serbiya ilə əlaqələrin güclənməsi Azərbaycanın maraqlarına tam cavab verir. Qarşılıqlı investisiyalar və müxtəlif istiqamətlərdə əməkdaşlıq gələcəkdə ticarət dövriyyəsinin artmasına, eləcə də qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yaradacaq:

"Nəticə etibarilə, Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə inkişafı hər iki tərəfin maraqlarına uyğundur və hansısa böyük geosiyasi dəyişiklik deyil, tərəflərin yerləşdiyi coğrafiyada mövqelərini gücləndirən əməkdaşlıq modelidir".

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Fevral 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri