Belqradda parlament binası yaxınlığında terror aktı törədilib
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Belqradda 70 yaşlı kişi Serbiya parlamentinin binası yaxınlığında prezident Aleksandr Vuçiç tərəfdarlarına məxsus çadıra atəş açıb.
"Unikal" xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, həmin şəxs 57 yaşlı vətəndaşı güllələyib, onu bud nahiyəsindən yaralayıb, daha sonra Vuçiç tərəfdarlarının parlament binası qarşısında qurulan çadırlarından birini yandırıb.
Zərərçəkmiş xəstəxanaya çatdırılıb, vəziyyəti stabil qiymətləndirilir, həyatı üçün təhlükə yoxdur. Hadisə parlamentin qarşısındakı meydanda baş verib. Yanğın barədə məlumat verildikdən sonra hadisə yerinə polis, yanğınsöndürənlər və Belqrad Ali Prokurorluğunun nümayəndəsi gəlib. Ərazi mühasirəyə alınıb, hadisəni törədən şəxs saxlanılıb, yanğınsöndürmə və istintaq işləri davam etdirilir.
Gülayə Mecid
Baxış sayı:106
Bu xəbər 22 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















