Ben Afflekin evinin yerləşdiyi məhəllə külə döndü: Qızı ilə kədərini paylaşdığı anlar görüntüləndi
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
ABŞ-nin Los-Anceles şəhərində şiddətli yanğınlar zamanı ölkənin məşhurları da böyük itkilər yaşayıblar.
Entoni Hopkins, Ceff Bridces və Peris Hilton da daxil olmaqla, bir çox ulduzun evi yanaraq kül olub, bəziləri möcüzəvi şəkildə xilas ola biliblər.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Sağ qalanlardan biri də məşhur aktyor Ben Afflek olub. Afflek yanğın nəticəsində məhv olan məhəlləsini çarəsiz şəkildə izləyib, daha sonra uşaqlarına qovuşmağın sevincini yaşayıb. Keçmiş həyat yoldaşı Cennifer Qarnerlə birlikdə evini boşaldan aktyor böyük qızı Vayoleti qucaqlayaraq ona təsəlli verib. Cennifer Qarner isə öz evi yanğından xilas olsa da, dostlarından birini itirməyin acısını yaşayıb.
Qeyd edək ki, Böyük Britaniya şahzadəsi Harri və Meqan Markl cütlüyü də yanğından zərər çəkənlər arasındadır. Onlar malikanələrinin həyətini çətin vəziyyətdəki qonşularına açaraq yardım əli uzadıblar.
Los-Anceles yanğınsöndürmə xidməti 100 mindən çox insanın hələ də təxliyə əmri altında olduğunu bildirib və evlərinə qayıtmaq istəyənlərə yanğın baş verən ərazilərin çox təhlükəli olduğu ilə bağlı xəbərdarlıq edib.
Ben Afflekin evinin yerləşdiyi məhəllə külə döndü: Qızı ilə kədərini paylaşdığı anlar görüntüləndi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 13 Yanvar 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















