Benefisiar mülkiyyətçi məlumatının təqdim edilməsi məcburi olub
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda "benefisiar mülkiyyətçi" anlayışı qanunvericiliyə daxil edilib və bu sahədə yeni tələblər müəyyən olunub.
525.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi Anar Cabbarov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə bildirib.
Onun sözlərinə görə, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər qeydiyyat zamanı benefisiar mülkiyyətçi barədə məlumatı təqdim etməlidir: "Bu tələb "Dövlət rüsumu haqqında" qanunun 14-cü maddəsinə edilmiş dəyişiklik əsasında tətbiq olunub. Məlumatların təqdim edilməməsi inzibati məsuliyyət yaradır, bu halda cərimələr tətbiq oluna bilər. Yeni yanaşmanın məqsədi hüquqi şəxslərin arxasında dayanan real sahiblərin müəyyən edilməsi, şəffaflığın artırılmasıdır. Təqdim olunan məlumatın konfidensiallığı qanunvericilik çərçivəsində qorunur. Hazırda sistem yeni tətbiq olunduğu üçün gecikmələrə daha yumşaq yanaşma tətbiq edilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 06 Aprel 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















