Icma.az
close
up
RU
Bənəniyar su anbarını qidalandıran kanal yenidən qurulur

Bənəniyar su anbarını qidalandıran kanal yenidən qurulur

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 24 oktyabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisində yerləşən Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə üzrə Əlincəçaya düşən hissədə sel sularının qarşısını almaq məqsədilə müvəqqəti suötürən boru kəmərinin çəkilişi yekunlaşmaq üzrədir.

Mövcud trapesiya tipli kanalın 800 paqanometr hissəsi sökülərək yenidən qurulub və həmin sahədə işlər tam başa çatdırılıb. Hazırda düzbucaqlı kanalın birinci hissəsində (Piket 12.60-dan başlayaraq) söküntü və paralel olaraq tikinti işləri həyata keçirilir. Düzbucaqlı kanalın ikinci hissəsində — Bənəniyar gölünə tökülən 500 paqanometr sahədə torpaq işləri başa çatdırılıb, ərazi inşaata hazır vəziyyətə gətirilib. Bu hissəyə beton maşınlarının və iri texnikaların daxil olması mümkün olmadığından, göl ətrafında relyefi daha az mail olan istiqamətdə 2–3 kilometr məsafədə torpaq yolu genişləndirilərək işlək vəziyyətə salınıb.

Hazırda bütün planlama işləri tamamlanıb, yaxın günlərdə həmin ərazidə də tikintiyə başlanılması nəzərdə tutulur. Şüşə lifli boruların quraşdırılacağı dağlıq ərazidə 1 km uzunluğunda, 10–14 metr enində torpaq işləri görülüb. Ümumi layihə çərçivəsində 80-dən çox müxtəlif qurğunun inşası planlaşdırılır.

Layihənin ümumi icra müddəti 22 ay olaraq müəyyən edilib və 2027-ci ilin iyul ayında tam təhvil verilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri