“Benfika” 70 minə yaxın bilet satdı... “Qarabağ”ı “cəhənnəm təzyiqi” gözləyir
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ” bu gün dolu tribunalar önündə oynayacaq!
“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisinin ÇL-nin əsas mərhələsinin ilk turu çərçivəsində “Benfika” ilə qarşılaşacağı matç üçün satışa çıxarılan bütün biletlər satılıb. Bu barədə “qartallar”ın rəsmi saytında məlumat var.
Xatırladaq ki, oyunun keçiriləcəyi “Estadio da Luş” stadionu 68100 yerlikdi. Lissabon təmsilçisi azərbaycanlı azarkeşlər üçün 500 yer ayırıb.
Maraq üçün “Benfika”nin Portuqaliya çempionatının 5-ci turunda “Santa Klara”ya qarşı ev oyununu 59507 azarkeşin izlədiyini xatırladaq. Belədisə, 70 minə yaxın tərəfdar Çempionlar Liqasının oyununa niyə gəlməsin? Görünür, “Qarabağ” bu gecə tarixinin ən ciddi azarkeş təzyiqlərindən birini yaşayacaq...
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















