Benfika mənə zəng edəndə Portuqaliyanın harada yerləşdiyini bilmirdim Di Mariya
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Benfika"nın sabiq yarımmüdafiəçisi Anxel Di Mariya ölkəyə gəlməzdən əvvəl Portuqaliyanın harada yerləşdiyini bilmədiyini etiraf edib.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu 2007-ci ildə "Rosario Sentral"dan "Benfika"ya keçib və 2010-cu ilə qədər orada çıxış edib. O, həmçinin 2023–2025-ci illərdə yenidən Lissabon klubunun formasını geyinib.
"Bu, çətin qərar idi. Heç vaxt bilmirsən hər şey necə alınacaq. Mənə zəng edəndə Portuqaliyanın harada yerləşdiyini bilmirdim, baxmayaraq ki, indi Lissabonu çox sevirəm. Orada portuqal dilində danışıldığından da xəbərim yox idi.
Mənə izah etdilər ki, bu, Portuqaliyanın ən yaxşı klubu, böyük tarixə malik və Çempionlar Liqasında çıxış təcrübəsi olan komandadır. Bu, təsir edici idi." – deyə Di Mariya "Telefé"yə müsahibəsində bildirib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 20 Yanvar 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















