Benfika nın idman direktoru: Azərbaycana səfər etməmək müsbət amildir
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qarabağ"la evdə oynamağımız müsbət amildir".
İdman.biz xəbər verir ki, bunu "Benfika"nın idman direktoru Mario Branko Çempionlar Liqasının püşkatmasını şərh edərkən deyib.
O, rəqibləri təhlil edib oyunlara hazırlaşacaqlarını bildirib: "Əsas odur ki, Azərbaycan səfər etməyəcəyik. İngiltərə iki, İtaliya və Niderlanda isə bir dəfə yollanacağıq. Rəqibləri təhlil etmək və oyunlara hazırlaşmaq üçün kifayət qədər vaxtımız var".
Mario Branko komandanın məqsədlərindən də danışıb: ""Benfika"nın böyüklüyünü, tarixini və beynəlxalq nüfuzunu nəzərə alsaq, Çempionlar Liqası komandanın layiq olduğu turnirdir. Şübhəsiz ki, bizi böyük matçlar gözləyir, 8 rəqibdən altısı "Böyük beşlik" ölkələrindən olacaq, Niderlandın da özünəməxsus futbol ənənələri var. Rəqibdən asılı olmayaraq, "Benfika" kimi bir klub üçün Çempionlar Liqasındakı ilk məqsəd pley-off mərhələsinə vəsiqə qazanmaqdır".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 29 Avqust 2025 01:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















