Benfika ya məğlub olan Araz Naxçıvan Çempionlar Liqasında mübarizəni dayandırdı
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün "Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" (Portuqaliya) ilə cavab oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı "Pavilyao Fidelidade" arenasında baş tutan matç Naxçıvan təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Portuqaliya təmsilçisinin qollarını İqor de Souza (9.24-cü dəqiqə), Andre Koelho (28.57-ci dəqiqə) və Anilton Silva (34.28, 35.40-cı dəqiqələr) vurublar. "Araz-Naxçıvan"ın heyətində isə Luicci Lonqo (35.52-ci dəqiqə) və Ədalət Ələkbərov (39.40-cı dəqiqə) fərqləniblər.
Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edib.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda "Benfika" 9:0 hesablı qələbə qazanıb.
5 dekabr
21:30. “Benfika” (Portuqaliya) – “Araz-Naxçıvan” (Azərbaycan) - 4:2 (ilk oyun 9:0)
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Dekabr 2025 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















