Icma.az
close
up
RU
Benfika ya qol vuracağımı hiss edirəm Leandro Andrade

Benfika ya qol vuracağımı hiss edirəm Leandro Andrade

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Püşkatmadan əvvəl danışırdıq ki, "Benfika" ilə düşmək istərdik. Asan rəqib olduğunu düşündüyümüz üçün yox, "Estádio da Luz"da oynamaq təcrübəsinə görə. Çünki komandanın bir çox futbolçusu Portuqaliyada çıxış edib".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Leandro Andare Portuqaliyanın "O Jogo" nəşrinə müsahibəsində deyib.

Kabo-Verdeli yarımmüdafiəçi Çempionlar Liqasının Liqa mərhəıəsinin ilk turunda "Benfika" ilə sabah Portuqaliyada keçiriləcək oyunla bağlı danışıb: "Benfika"nın bütün oyunlarına baxıram. Onların son oyundakı qədər zəif olduqlarını az görmüşəm. "Qarabağ" oyunçusu kimi, istərdim ki, bizə qarşı da o səviyyədə oynasınlar (gülür)".

Andrade "Qarabağ"ın oyun fəlsəfəsi ilə bağlı da sualı cavablandırıb: "Baş məşqçimizin çox dəqiq bir fəlsəfəsi var. Harada oynamağımızdan asılı olmayaraq, həmişə meydana öz ideyalarımızla çıxırıq: topa sahib olmağa əsaslanan oyun, yerlə ötürmələr, qabağa vurmaqdan qaçmaq, aralıqlara oynamaq,qorxmamaq, pressinq etmək, toplu qapmaq və sürətli əks-hücumlara çıxmaq. Bu fəlsəfəni tətbiq edib, inam və cəsarətlə oynayırıq". 

Andrade 2023-2024 mövsümündə UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi "Braqa"nı mübarizədən kənarlaşdırdıqlarını (4:2, 2:3) da xatırladıb: "Braqa" ilə oynadığımız vaxt Portuqaliya kanallarında oyundan öncəki analizlərdə futbolçuları müqayisə edirdilər və hər mövqedə "Braqa" oyunçusunu üstün tuturdular. Fikirlərə hörmətlə yanaşıram, amma bu, bizim ürəyimizə toxundu və düşünürəm ki, bizim üçün müsbət nəticə verdi".

Andrade deyib ki, "Benfika" ilə oyunda qol vuracağını hiss edir:  "Həmişə bu düşüncəni beynimdə canlandırıram - mən qol vururam və biz qalib gəlirik. Şənbə günü bu barədə komanda yoldaşım Kevin Medina ilə danışdım. Nə vaxt qol vuracağımı hiss edirəmsə, ona deyirəm və sonra vururam. İndi də elə bir hissim var".

Atası Portuqaliyadan olan 25 yaşlı futbolçu qeyd edib ki, sabah onu çox emosional bir oyun gözləyir: “Çempionlar Liqasında oynamaq çox xüsusi bir andır, bir arzunun gerçəkləşməsidir. Uşaq vaxtı gecələri yuxusuz buraxan bir xəyaldır, çox az adamın çatdığı bir yerdir. Və üstəlik, bu oyun "Luz"da ("Estádio da Luz") keçiriləcək. Çox emosional olacaq, necə reaksiya verəcəyimi bilmirəm”.

Andrade uşaq yaşlarından "Benfika" azarkeşi olan atasının sabahkı oyunda kimə azarkeşlik edəcəyi ilə bağlı suala isə belə cavab verib: "Atam üçün ideal ssenari "Benfika"nın 4:3 hesablı qalib gəlməsi və mənim het-trik etməyim olardı (gülür). Püşk atılanda ondan soruşdum ki, kimin tərəfini tutacaq. Yalnız əla ata olduğuna görə məni söymədi (gülür). Təbii ki, hər zaman oğlunun tərəfindədir".

Xatırladaq ki, “Benfika” - “Qarabağ” oyunu sabah keçiriləcək və Bakı vaxt ilə saat 23:00-da başlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Sentyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri