Icma.az
close
up
RU
Beniz in işində məhkəməyə yeni faktlar təqdim ediləcək

Beniz in işində məhkəməyə yeni faktlar təqdim ediləcək

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış tiktoker, "Beniz" ləqəbli Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən qadının vəkili müvəkkilinin himayəsində azyaşlı övladının olmasını və səhhəti ilə bağlı müəyyən problemləri əsas gətirərək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı yenidən məhkəməyə vəsatət təqdim edib. Məhkəmə bu vəsatəti təmin etməyib.

Zərərçəkən Xalid Kərimovun vəkili isə öz növbəsində prosesdə müəyyən vəzifəli şəxslərlə bağlı faktların təqdim oluna biləcəyini əsas gətirərək iclasların qapalı keçirilməsini xahiş edib və buna görə vəsatət təqdim edib.

O, həmçinin cinayət işinin ibtidai istintaq zamanı yanlışlıqlara yol verildiyi və bununla bağlı zərərçəkənin müvafiq qurumlara müraciət ünvanladığını bildirməklə yanaşı, növbəti proseslərdə məhkəməyə yeni faktlar təqdim edəcəyini deyib.

Vəkilin digər vəsatəti isə zərərərçəkənin onkoloji xəstəliyi ilə bağlı ölkə xaricində müalicə olunduğu üçün iclasa videokonfrans vasitəsiylə qoşula biləcəyinə dair olub. Məhkəmə iclasların qapalı keçirilməsi məsələsini təmin etməsə də zərərçəkənin prosesə videokonfransla qoşula biləcəyini barədə vəsatəti təmin edib.

Məhkəmə iclasında Aybəniz Xəlilovaya sərbəst ifadə üçün söz verilib. Lakin o, prosesin hazırkı mərhələsində bu hüquqdan imtina edərək cinayət işində zərərçəkən kimi tanınan Xalid Kərimovun öncə ifadə verməsini istəyib. Sentyabrın 9-da keçirilməsi nəzərdə tutulan növbəti iclas zərərçəkən Xalid Kərimovun ifadəsi ilə davam edəcək.

A.Xəlilova isə öz növbəsində zərərçəkənlə barışdığını bildirib və hazırda onunla hər hansı bir münaqişəsinin olmadığını deyib. Zərərçəkənin öncəki vəkillərindən fərqli olaraq işə yeni qoşulan vəkili də tərəflər arasında hazırda münaqişənin olmadığını bildirib. O, mübahisənin bu dərəcəyə çatmasını isə istintaq zamanı yol verilən müəyyən yanlışlıqlarla əsaslandırıb.

Qeyd edək ki, "Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə etdiyi şikayət əsasında Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Aybəniz Xəlilova Xalid kərimovdan hədə-qorxu ilə hissə-hissə olmaqla 500 min manat almaqda təqsirləndirilir. A.Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Elgün Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Avqust 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see225

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see202

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see150

Azərbaycan nefti bahalaşıb

12 Avqust 2025 09:20see137

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see133

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see126

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see125

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see124

Bu gün yağış yağacaq PROQNOZ

12 Avqust 2025 08:15see123

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see122

Şəfa Qəbələ toplanışında 3 sınaq matçı keçirəcək AÇIQLAMA

12 Avqust 2025 21:16see121

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see120

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see119

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see118

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see118

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see118

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see117

“Qarabağ”dan dördüncü qol Yenilənir

12 Avqust 2025 20:37see117

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see116

2025 ci ildə ən çox turist qəbul edən ölkələr SİYAHI

12 Avqust 2025 16:02see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri