Icma.az
close
up
RU
“Bentley” aşdı, 1 nəfər xəsarət aldı VİDEO

“Bentley” aşdı, 1 nəfər xəsarət aldı VİDEO

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Bakı–Quba yolunda qəza baş verib.

Bakıvaxtı.az DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, aprelin 1-də saat 06:00 radələrində “Bentley” markalı avtomobil Bakı–Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir mühəccərlərə çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb: "İlkin ehtimala görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi olub. Belə ki, idarəetmədən çıxan avtomobil dəfələrlə aşaraq təxminən 500 metr məsafədə sürüklənmişdir. Bu cür ağır hadisələr zamanı təhlükəsizlik kəməri istifadə olmadıqda sürücü və ya sərnişinlər zərbənin təsiri ilə ya avtomobildən kənara atılır, ya nəqliyyat vasitəsinin altında qalır, ya da salon daxilində sükan, şüşə və digər sərt hissələrə çırpılır ki, bu da əksər hallarda ölümlə nəticələnir. Məhz bu hadisədə isə təhlükəsizlik kəməri qoruyucu rolu oynayaraq sürücünü oturacaqda sabit saxlayıb və onun həyatını xilas edib.

Bu səbəbdən təhlükəsizlik kəmərindən istifadə etmək və bunu nəqliyyat vasitəsində əyləşən hər kəsdən tələb etmək sadəcə qayda deyil, bu, insanın öz həyatına, ailəsinə və yaxınlarına verdiyi dəyərin göstəricisidir.

Bir daha sürücülərə və sərnişinlərə müraciət edirik ki, sükan arxasına əyləşdiyiniz ilk andan etibarən təhlükəsizlik kəmərini taxın. Qısa məsafə, aşağı sürət və ya “heç nə olmaz” düşüncəsi heç kimi qaydalara riayət etməkdən uzaqlaşdırmasın. Çünki qaydalar insan həyatını qorumaq üçün var".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Aprel 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1102

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see252

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see204

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see192

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see188

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see179

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see176

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see174

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see174

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see171

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see171

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see170

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see170

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see169

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see168

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see165

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see164

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see161

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see160

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri