Benua Sen Deni Den Hukeri texniki nokautla məğlub etdi
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turnirində gecənin ikinci əsas döyüşündə yüngül çəki dərəcəsində UFC reytinqində altıncı pillədə yer alan yeni zelandiyalı Den Huker və 70 kq çəki dərəcəsində səkkizinci sırada qərarlaşan fransız Benua Sen-Deni üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, qarşılaşma Sen-Deninin texniki nokautla qələbəsi ilə yekunlaşıb. Fransız döyüşçünün dəqiq zərbələr seriyasından sonra hakim ikinci raundun sonunda döyüşü dayandırıb.
Den Hukerin 35 yaşı var. O, peşəkar qarışıq döyüş sənətlərində debütünü 2009-cu ilin mart ayında edib. Sen-Deni ilə döyüşdən sonra onun aktivində 24 qələbə var ki, bunların 18-i vaxtından əvvəl qazanılıb, həmçinin 14 məğlubiyyət mövcuddur.
Benua Sen-Deninin 29 yaşı var. Fransız döyüşçü peşəkar karyerasına 2019-cu ilin fevralında başlayıb. Huker üzərindəki qələbədən sonra onun rekordu 17 qələbə (hamısı vaxtından əvvəl), üç məğlubiyyət və bir nəticəsiz döyüşdən ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 01 Fevral 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















