Benyamin Şeşko müqavilə bağlamaq üçün İngiltərəyə yollandı
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Leyptsiq"in hücumçusu Benyamin Şeşko karyerasını İngiltərə nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, "Mançester Yunayted"in Şeşkonun transferi ilə bağlı Bundesliqa klubu ilə apardığı danışıqlar uğurla başa çatıb və sözügedən oyunçu İngiltərəyə yollanıb. Mənbə 22 yaşlı sloveniyalının bu gün "Old Trafford"da keçiriləcək təqdimat mərasiminə qatılacağını vurğulayıb. "Qırmızı şeytanlar"ın bu keçid üçün qarşı tərəfə bonuslar daxil olmaqla, 85 milyon avro ödəyəcəyi bildirilib.
Daha öncə Benyaminin MY ilə 5 illik müqavilə bağlayacağı açıqlanmışdı.
Qeyd edək ki, 2023-cü ildən "Leyptsiq"də oynayan Şeşko Almaniya təmsilçisində 87 matça çıxaraq 39 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 09 Avqust 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















