Benzema “Arsenal”a məsləhət bilinib
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Britaniyanın “Evening Standard” nəşri transfer pəncərəsi bağlanana qədər heyətini tamamlaya bilməyən İngiltərə Premyer Liqası klublarına azad agent kimi qalmış futbolçulara müraciət etməyi təklif edib.
İdman.Biz xəbər verir ki, nəşr “Mançester Siti”nin keçmiş müdafiəçisi Aleksandr Zinçenkonun “Mançester Yunayted”ə, Fransa millisinin sabiq hücumçusu Kərim Benzemanın isə “Arsenal”a uyğun olduğunu yazıb.
Nəşr yazır ki, bir neçə dəfə adı London klubu ilə hallanan Benzemaya “Arsenal” şans verməlidir. Fransalı hücumçunun hazırda 38 yaşı var. Lakin karyerası ərzində 350-dən çox qol vurduğunu nəzərə alsaq, o, “topçular” üçün qısamüddətli həll yolu ola bilər.
“Mançester Yunayted” bu mövqedə açıq-aydın oyunçu çatışmazlığına baxmayaraq, transfer pəncərəsinin son günündə sol cinah müdafiəçisi tapa bilmədi. Zinçenko kimi isə azad agentdir. 29 yaşlı futbolçu Luk Şouya ciddi rəqabət yarada, həmçinin yarımmüdafiədə əlavə dayaq ola bilər”, – “Evening Standard”ın materialında deyilir.
Baxış sayı:146
Bu xəbər 04 Sentyabr 2026 04:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















