Icma.az
close
up
RU
“Bənzər yanğın bu binalarda olsa, onlarla insan ölər...” Fotolar

“Bənzər yanğın bu binalarda olsa, onlarla insan ölər...” Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Yasamalda yaşadığımız binanın damında icazəsiz mansard tikintiləri aparılıb və bu zaman binaların mərkəzi havalandırma sistemləri sökülərək tam yararsız vəziyyətə salınıb”.

Bu şikayətlə “Qafqazinfo”ya bina sakini İmran Verdiyev müraciət edib.

O, Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən “Ruzi MTK”nın inşa etdiyi 99, 101, 103, 105, 107, 109, 111 və 113 saylı çoxmənzilli binalarda son illərdə ciddi qanunsuzluqların baş verdiyini iddia edir: “Eyni yaşayış kompleksinə daxil olan bu səkkiz binanın 7-sinin damında icazəsiz mansard tikintiləri aparılıb və bu proses sakinlər üçün real təhlükə yaradıb. Mansardların inşası zamanı havalandırmanın sıradan çıxması yaşayış binalarında təhlükəsizlik normalarının kobud şəkildə pozulması deməkdir. Bu hal da xüsusilə yanğın zamanı sakinlərin həyatını birbaşa təhlükəyə atır”.

İ.Verdiyev narahatlığını bir neçə gün öncə Yasamalda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əsaslandırıb: “30-40 ildir mühəndisəm, həyatımın çox hissəsi Rusiya, Belarus, Baltikyanı ölkələrdə böyük tikintilərdə keçib, hələ belə vəziyyətlə üzləşməmişəm. Noyabrın 21-i Yasamalda baş verən yanğın zamanı insanlar tüstüdən boğuldu, vəfat edənlər oldu. Səbəbi də havalandırma sistemidir. Bu hadisə göstərdi ki, havalandırma və tüstüötürmə sistemlərinin işlək vəziyyətdə olması yaşayış binaları üçün vacibdir. Bizim kompleksdə isə həmin sistemlər tamamilə sıradan çıxarılıb. Allah eləməsin, bənzər bir yanğın Zahid Xəlilov küçəsindəki binaların birində baş verərsə, tüstünün çıxış yolu olmayacaq və bu, onlarla insanın həyatına son qoya bilər. Yaşadığımız binada da havalandırma sisteminin yerini kortəbii şəkildə dəyişdiriblər və yerində özləri üçün ev tikiblər”.

Vətəndaş kompleksi idarə edən komendantı qanunsuzluqlara göz yummaqda ittiham edib: “O, tədbir görmək əvəzinə, mansard tikintisi aparan şəxslərə şərait yaradır, havalandırma sistemlərinin sökülməsinə göz yumur və sakinlərin haqlı narazılığına biganə yanaşır. Havalandırma sistemini götürüb kənara atıblar, kirayə vermək üçün özlərinə otaq tikiblər. Komendant da 3-5 manat alıb buna göz yumur. Sonra da deyirlər FHN-dən və icra hakimiyyətindən icazələri var. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən gəlib bildirdilər ki, mansardlar qeyri-qanuni şəkildə tikilib. Dedilər ki, bununla bağlı aidiyyəti qurumlara məlumat göndəriləcək”.

Sakin deyir ki, hazırda binalar Elxan Orucov adlı şəxsin rəhbərliyi ilə “Sabah FMS” tərəfindən idarə olunur. 

Həmin məhəllədəki bütün binalarda mansardların tikildiyini söyləyən şikayətçi əlavə edib ki, qonşusunun evində yaşayış olmadığı üçün havalandırma sistemini əlavə dirsəklər vasitəsilə onun evinə birləşdiriblər: “Havalandırma sisteminə dirsək qoyulmur. O düz formada qoyulur ki, havalandırmanı düzgün şəkildə sovurub aparsın. 90 dərəcəli qoyulan bir dirsək 70 faiz itki deməkdir. Əlavə olaraq, havalandırma sistemi yaşayış binasının üzərinə yerləşdirilmir, xidməti məkanların üzərinə qoyulur ki, sakinləri narahat etməsin. 90 ailənin yaşadığı bu binada bizi də faciə gözləyir. Çünki bizim də binamızın altını satıblar, hamısı da obyektlərdir. Yüklənmiş xətlər var. Binamızın altında market, onun içərisində isə təndir var, bu da bina üçün təhlükə yaradır. Həmçinin binanın altında klinika, onun avadanlıqları, havalandırma sistemləri var, hamısı yüklənib. Ən əsası odur ki, havalandırmaya müdaxilə olunub”.

İmran Verdiyev vurğulayıb ki, bina sakinləri olaraq bu məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etsələr də, indiyədək heç bir real tədbir görülməyib və mansard tikintiləri davam edir.

Maraqlıdır ki, mövqelərini öyrənmək məqsədilə “Ruzi MTK” ilə əlaqə saxlamağa cəhd etsək də, şirkətin aktiv olan heç bir sosial media hesabına rast gəlmədik.

Eyni zamanda şikayətçinin adını hallandırdığı E.Orucovla da əlaqə saxladıq. Binanı idarə etdiyi deyilən şəxs saytımıza açıqlamasında bildirdi ki, onlar sakinlərə sadəcə idarəetmə xidmətləri üzrə konsultasiyalar veriblər. O, məsələyə aidiyyətinin olmadığını və ünvanlanan ittihamlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini əlavə edib. 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 107 ünvanında yerləşən “Yasamal-77” MMMC-yə məxsus çoxmərtəbəli yaşayış binasına qurumun Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən baxış keçirilib: “Baxış nəticəsində binanın dam hissəsində yerləşən layihədə nəzərdə tutulan texniki sahənin zəbt olunmaqla divarlarının artırılaraq mənzil kimi istismar edildiyi, dam hissəsində ümumi bina üçün nəzərdə tutulmuş tüstüsovurma sisteminin borusu və mühərrikinin yerinin dəyişdirildiyi müəyyən edilib.

Aparılan qeyri-qanuni işlərlə bağlı MMMC-nin sədri vəzifəsini etibarnamə əsasında icra edən Elxan Orucovun iştirakı ilə tərəfimizdən yanğın-texnki müayinə aktı tərtib olunub.

Yanğın-texniki müayinə nəticəsində qeyri-qanuni tikinti işləri, eləcə də binanın ümumi tüstüsovurma sisteminin borusunun və mühərrikinin yerinin dəyişdirilməsi barədə tərəfimizdən tikinti işini aparan 49 saylı mənzilin sahibi Məmmədov Vilayət İdayət oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin aşkar olunmuş pozuntu ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırılması təmin olunacaq.

Bundan əlavə, bildiririk ki, Mənzil Məcəlləsinin 123.0.4-cü maddəsinə əsasən, istismarda olan çoxmənzilli binalarda ümumi əmlakın lazımi sanitariya və texniki vəziyyətinin təmin edilməsi binanın idarəedici təşkilatının vəzifəsidir. Binanın təhlükəsiz istismarının təmin edilməsi isə yerli icra hakimiyyəti orqanlarının vəzifələrinə aiddir”.

Xatırladaq ki, noyabrın 21-i Yasamalda yaşayış binasında baş vermiş güclü yanğın nəticəsində 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb.​ Hadisədən sonra yanğına səbəb olduğu bildirilən binanın aşağı mərtəbəsində yerləşən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarını pozma maddəsi ilə həbs edilib.

Mədinə Useynova






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri