Icma.az
close
up
RU
Benzin çəninə qrunt suları axıb “Lukoil”dən açıqlama

Benzin çəninə qrunt suları axıb “Lukoil”dən açıqlama

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Lukoil-Azərbaycan” yanacaqdoldurma məntəqəsində maşına benzin yerinə su vurulması ilə bağlı iddialara reaksiya verib.

Qurumun Dövlət qurumları və bizneslə iş üzrə meneceri Rail Ağayev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, “Lukoil”in  “Şamaxinka”da yerləşən YDM-də belə hadisə olmayıb: “Belə bir hal Binəqədidə “Qoşa Zapravka” deyilən 19 saylı YDM-də dekabrın 18-19-da yaşanıb. Çənə qrunt suları axıb. Operatorlar da axıra kimi çəndən yanacaq vurublar. Hazırda o məsələ araşdırılır. İndiyə qədər 20-dən çox şəxsin müraciəti olub, hamısına da kompensasiya ödənilib.

Əgər belə bir iddia varsa, müştəri həmin məntəqənin rəhbərliyinə müraciət eləsin. Orada kameralar var, video ilə baxsınlar ki, avtomobilə nə doldurulub. Əgər həqiqətən də, onun şikayəti bizdən asılı səbəbdən baş veribsə, əlbəttə, onun maşınını da təmir edəcəyik, kompensasiyasını da verəcəyik. Su doldurulması məsələsi ilə bağlı komissiya yaradılıb, məsələ araşdırılır. Bircə-bircə bütün müraciətlərə baxılır. Şikayətçinin “çənimdən su çıxıb” deməsi necə aşkar edilib, bunu kim müəyyənləşdirib? Benzində su olmur axı, bunlar qarışmayan məhsullardır. Texnogen qəza halında ola bilər, amma bu zaman su aşağı çökür. Heç istəsən də, onu vura bilməzsən. Gəlib müraciət eləsin, araşdıraq”. 

Şirkət rəsmisi benzin əvəzinə, səhvən dizel yanacağının vurulması ehtimalına da aydınlıq gətirib: “Bəzi ekspertlər deyirlər ki, dizel vurublar. Amma mən bunu deyə bilmərəm, çünki bu məsələ də araşdırılmalıdır. Əgər elə bir hal varsa, problem həll olunacaq.

Hazırda bu məsələ komissiya tərəfindən araşdırılır. Bu, bizim 30 illik fəaliyyətimiz dövründə ilk belə hadisədir. Bundan əvvəl digər şirkətlər tərəfindən belə hallar yaşanıb”.

Xatırladaq ki, ilkin məlumatda şirkətin “Şamaxinka”da yerləşən məntəqəsində yanacaq əvəzinə çənə su vurulduğu bildirilmişdi. Şikayətçi 99-XN-288 nömrəli “Hyundai Elantra” avtomobilinə 500 AZN ziyan dəydiyini qeyd etmişdi. 

Gülnar Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri