Icma.az
close
up
RU
“Benzin, ərzaq da bahalaşacaq” Günay Hüseynovadan SƏRT tənqid

“Benzin, ərzaq da bahalaşacaq” Günay Hüseynovadan SƏRT tənqid

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

“Məlumdur ki, 1 oktyabr tarixindən etibarən qəbul edilən qərara əsasən avtobus və metronun qiymətində artım olacaq”.

Tribunainfo.az-a danışan İqtisadiyyat Elmləri üzrə fəlsəfə doktoru iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, bunu düzgün addım hesab etmirəm. Çünki əhalinin gəlirləri artmayıb ki, xərcləri də artsın. 10 qəpiklik artım, minimum görünə bilər, lakin bir şəxsin bir ay ərzində 23-25 manat xərci deməkdir.

G. Hüseynovanın sözlərinə görə, vətəndaş gün ərzində bir neçə nəqliyyat vasitəsi dəyişirsə, aya hesabladıqda bu böyük rəqəm edir.

“Nəzərə almaq lazımdır ki, əhalinin gəlirləri, təqaüdlər, əməkhaqqılar ildə bir dəfə artırılır. Əsasən, bir yanvar tarixindən etibarən açıqlanır. Lakin ilin bu dönəmində qiymətin artmasını Mən məqsədəuyğun hesab etmirəm. Açıqlamada bildirilib ki, xidməti keyfiyyətin artırılması üçün edilib. Xidməti keyfiyyətdən də əhali məmnun deyil. Çünki dəyişən avtobuslar olur. Oturacaqlar həminki kimidir. İllərlə qalan bir problem var ki, yayda soyuducu açılmır, qışda istilik verilmir. Bundan əlavə şoferlərin maarifləndirilməsi lazımdır. Çünki əksər sürücülər sərnişinlərə qarşı çox kobud rəftar edirlər. Onların müəyyən təlimlərə göndərilməsi lazımdır. Maarifləndirmə bu sistemin tərkib hissəsi olmalıdır. Xidməti keyfiyyətin yaxşılaşdırılması üçün vətəndaşın cibindən pul çıxırsa, sadaladıqlarım da xidməti keyfiyyətdir. Bizim hal-hazırdakı xidməti keyfiyyətimiz heç standartlara da uyğun deyil. Ola bilər ki, yeni avtobuslar gətirilir. Yeni avtobusların gətirilməsi xidməti keyfiyyətin yüksəldilməsi demək deyil. Yeni kartlar çıxır, kartın öz məbləği olur. Lakin xarici ölkələrin təcrübəsində bu belə deyil. Hər kart sahibinin mütləq qeydiyyatı və şəkli olur. Eyni zamanda vəsiqəsinin seriya nömrəsi yazılır. Başqası həmin şəxsin kartını istifadə edə bilməz.
Ümumiyyətlə yaxşı olardı ki, hər bir təbəqə üçün xüsusi, endirimli tariflər yaradılsın. Türkiyədən nümunə çəkim: 65 yaş üstü şəxslər üçün gedişhaqqı tamamilə pulsuzdur. Bizdə də düşünülür ki, endirimlər tətbiq olunsun. Yəni, tələbəyə və yaxud da təqaüdçüyə edə biləcəkləri endirim nə üçün sıravi vətəndaşın cibindən ödənməlidir?!
Ona görəmi xidməti keyfiyyət adı altında gedişhaqqı artırıldı?!
Kartların fərdi olması təhlükəsizlik amili üçün də faydalıdır. Evdən qaçma və yaxud başqa neqativ hallarda həmin şəxsin yeri məlum olur. Həmçinin biz müəyyən edə bilərik ki, bir şəxs bir ay ərzində minimum neçə dəfə gedişhaqqı istifadə edib. Gələcəkdə də qiymət tənzimlənməsi ilə bağlı bu statistik rəqəmlərə əsasən təyin etmək olar. Ancaq kor-koranə xidməti keyfiyyət adı altında sadəcə yeni avtobusların gətirilməsi məqsədəuyğun deyil. Çünki vətəndaş üçün heç bir dəyişiklik olmur. Gəlir artırsa biz qiymət artımına necə haqq qazandıraq? Qiymət artımını da Avropa ilə müqaisə edirlər. Avropada qiymət qalxanda vətəndaşın cibindən pul almırlar. Dövlət büdcəsindən vəsait ayrılır və gəlirlərə əsasən tənzimlənir. Yoxsa ki, ilin müəyyən fəslində, birdən-birə yanacağın qiyməti atmadan xidməti keyfiyyət adı altında nəyə görə qiymət artmalıdır?! Məlumdur ki, digər şəhərlərdən işləmək üçün Bakıya üz tutan saysız-hesabsız vətəndaşlar var. Urbanizasiya prosesi var. Xüsusilə də Xırdalan, Sumqayıt və s. həmin yerlərin sakinləri paytaxt Bakıya iş üçün üz tuturlar. Onlar bir neçə nəqliyyat vasitəsi dəyişməklə yanaşı yollarda tıxacda qalırlar. Tıxac məsələsini həll etmək xidməti keyfiyyətdir.
Yanacağın qiymətində də artım gözlənilir. Növbəti ildə də gedişhaqqının qiymətində dəyişiklik olacaq. Bu zaman yanacağın qiymətindəki artım təkcə avtobus və ya metro fəaliyyətində deyil, ərzaq və qeyri ərzaq məhsullarında da daşınma xərclərinə bağlı olaraq qiymət artımına səbəb olacaq.
AYNA-nın idarə heyətinin sədrinin xidməti keyfiyyətlə bağlı açıqlamasını dinlədim. Xidməti keyfiyyətin yaxşılaşdırılmasını görmək istəyirlərsə, həmin qurumun nümayəndələri öz avtomobilləri ilə deyil, metro və nəqliyyat vasitələrindən istifadə etsinlər, onlar da o xidti keyfiyyətdən yararlansınlar. Madam ki, deyirlər vətəndaşlar üçün keyfiyyət yaxşılaşdırılır. Onlar da o keyfiyyətdən faydalansın. 10 qəpik artıq versinlər, həmin “keyfiyyəti” özləri də yaşasın. İlk təcrübəni özləri həyata keçirsin”.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri