Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Benzinlə bağlı VACİB xəbər: qiymət artımı qaçılmaz ola bilər

Benzinlə bağlı VACİB xəbər: qiymət artımı qaçılmaz ola bilər

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın Şərqdə artan gərginlik dünya enerji bazarında ciddi təsirlər yaratmağa başlayıb. Belə ki, İran ətrafında baş verən hadisələrdən sonra Avropa və ABŞ-da yanacaq qiymətləri sürətlə artıb. Bildirilir ki, bu prosesin qarşısını almaq üçün ABŞ yanacaq üzrə federal vergilərin yığılmasını müvəqqəti dayandıracaq. Yanacaqla bağlı yaranmış böhran ölkəmiz üçün nə vəd edir?

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, Azərbaycan ixrac yönümlü enerji iqtisadiyyatıdır:

“Dövlət büdcəsinin və valyuta axınının əsas hissəsi neft-qaz sektorundan gəlir. Ona görə də enerji qiymətlərinin yüksəlməsi avtomatik olaraq ölkəyə əlavə gəlir gətirir. Neftin hər 10 dollarlıq artımı Azərbaycan büdcəsi üçün təxminən 400 milyon manat əlavə gəlir deməkdir. Hazırda “Azeri Light” markalı neftin bir barrelinin qiyməti büdcədə nəzərdə tutulan 65 dollar səviyyəsindən xeyli yüksəkdir. Bu vəziyyət Dövlət Neft Fondunun gəlirlərini artırır, valyuta ehtiyatlarını gücləndirir, manatın sabitliyini qoruyur, ən əsası, hökumətə əlavə sosial xərclər imkanı verir. Qısası, enerji ixracatçısı ölkələr qlobal böhran zamanı əlavə renta qazanırlar. Buna klassik “rentier dividend” effekti deyirik. Ancaq bu vəziyyətin təhlükəli tərəfləri də az deyil. Xammal gəlirlərinin artması hər zaman iqtisadi diversifikasiyanı zəiflədir. Azərbaycanın ixracının 80%-dən çoxu enerji sektorunun payına düşür. Bu hal iqtisadiyyatı qiymət volatilliyinə, geosiyasi şoklara, qlobal tələbin dəyişməsinə qarşı həssas saxlayır”. Pepperoni pizza

İqtisadçı bildirib ki, neft bahalaşdıqca dövlət qazanır, amma iqtisadiyyatın dayanıqlılığı zəifləyir:

“Digər tərəfdən, qlobal enerji qiymətləri yüksəldikcə daşınma xərcləri artır, ərzaq qiymətləri bahalaşır, kənd təsərrüfatı maya dəyəri yüksəlir, tikinti və sənaye sektorunda xərclər artır. Bu proses isə “xərc inflyasiyası” adlanır. Yüksək inflyasiya, aşağı iqtisadi artım, zəif məşğulluğun kombinasiyası olan staqflyasiya riski yarana bilər. Bu ssenari Azərbaycan üçün xüsusilə təhlükəlidir, çünki qeyri-neft sektoru hələ kifayət qədər güclü deyil.

Əslində, ABŞ-da federal yanacaq vergisinin dayandırılması ideyası klassik antiinflyasiya müdaxiləsidir. Məqsəd istehlakçı qiymətlərini yumşaltmaq, sosial narazılığı azaltmaq, seçici təzyiqini zəiflətməkdir. Azərbaycan da öz növbəsində AI-92 benzini, dizel və bəzi idxal olunan neft məhsulları üzrə aksiz, gömrük rüsumlarını müvəqqəti azalda bilər. Bu mexanizm daşınma xərclərini yumşalda və ərzaq qiymətlərinə təzyiqi qismən zəiflədə bilər. Məlumdur ki, inflyasiyanın əsas zərbəsi aşağı gəlirli əhalinin üzərinə düşür. Həmçinin, Azərbaycan bazarında qiymət artımının bir hissəsinin həqiqi xərclə yox, bazar konsentrasiyası ilə bağlı olduğu heç kimə sirr deyil. Böhran dövründə süni qiymət artımı, ehtiyat yığılması, kartel davranışları güclənir. Buna görə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, gömrük, vergi sistemi aktiv monitorinq aparmalıdır. Əks halda qlobal şok daxildə “spekulyativ inflyasiya”ya çevrilə bilər”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 May 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see318

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see299

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see291

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see284

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see274

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see266

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see259

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see252

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see251

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see246

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see237

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see231

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see227

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see218

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see212

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see208

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri