Icma.az
close
up
RU
Benzya “Qarabağ”dan 800 min dollar istədi, “yox” cavabı aldı

Benzya “Qarabağ”dan 800 min dollar istədi, “yox” cavabı aldı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Bu yay “Qarabağ”ı tərk edəcək ilk futbolçunun kimliyi artıq şübhə doğurmur. Bütün əlamətlər onu deməyə əsas verir ki, Yassin Benzya növbət mövsümə ağdamlıların heyətində başlamayacaq.

2023-cü ilin yanvarında “Qarabağ”a “Dijon”dan azad agent kimi transfer olunan əlcəzairli yarımmüdafiəçi bu klubu da eyni statusla tərk edir. Ədalət naminə deyək ki, Benzyanın son 2,5 ildəki uğurlarla müəyyən payı olub. 30 yaşlı yarımmüdafiəçi “Qarabağ” formasında keçirdiyi 104 oyunda 28 qol vurub, 25 məhsuldar ötürmə verib, yəni 53 qolda bilavasitə iştirak edib. Məhz Azərbaycanda idman formasını yaxşılaşdırıb, yenidən Əlcəzair yığmasına dəvət olunmağa başlayıb.
Əlbəttə, ən yaxşı nağılların da bir sonu olur. Dünən Ruanda ilə yoldaşlıq oyunu keçirən yığmasının düşərgəsində olan Yassinin hazırda hansı klubla anlaşdığı bəlli olmasa da, bu, sadəcə, zaman məsələsidi. Bəs o, niyə ünvanına komplimetlər dediyi “Qarabağ”la anlaşa bilmədi. Bizə elə gəlir ki, burda əsas amil Benzyanın yaşına uyğun olmayan maliyyə tələbidi. İlk növbədə o məqamı vurğulayaq ki, sentyabrın 8-də 31 yaşını tamamlayacaq yarımmüdafiəçinin müqavilə müddəti iyunun 30-da bitir.
Deməli, artıq sərbəst oyunçudu, istənilən klubla, eləcə də “Qarabağ”la yenidən müqavilə imzalaya bilər. Aydındı ki, bir neçə klubla danışıq aparır. Əldə yüzdəyüz real təklif olmasa da, gah Səudiyyə Ərəbistanı və Qətər klublarının, gah da Tunis çempionu “Esperans”ın adı çəkilir. Onun “Qarabağ”la müqaviləsinin məbləği yalnız son ildə 400 min dollar olub, indi istədiyi məbləğ isə təxminən iki dəfə çoxdu.
Klubla futbolçu arasındakı son ciddi söhbət fevralda olub, əlcəzairli yarımmüdafiəçi ağdamlıların son müqavilədəki məbləği 50 faiz artırmaq təklifinə razı olmayıb. Məhz həmin vaxt “Qarabağ” düşünüb ki, anlaşmaq alınmırsa, müqavilə müddətinin bitməsini, yəni mövsümün sonunu gözləsin, lazım gəlsə, yenidən danışıqlar masası arxasına keçsin. Göründüyü kimi, tərəflərin mövqeyində yaxınlaşma olmadı, həm klub, həm də futbolçu dediyinin üzərində qalanda isə ayrılıq qaçılmazdı.
Bir sözlə, Olavio Juninyonun ardından daha bir aparıcı futbolçu, etiraf etmək lazımdı ki, yetərincə yaxşı oyun göstərən Benzya da “Qarabağ”dan ayrılır. Bəlkə də əlcəzairli futbolçu bunun ağdamlıların heyətində son mövsümü olduğunu anladığından çox aqressiv idi. Biz onun aqressivliyi “Araz-Naxçıvan”la məlum qalmaqallı oyunda da, “Sabah”la kubokun finalında da gördük. Hətta Yassin mayın 31-də keçirilən oyundan sonrakı mükafatlandırma mərasimində AFFA prezidenti Rövşən Nəcəfin boynuna medal taxmaq istəyini geri çevirdi, medalı əlinə götürərək getdi.
O gedən getdi! Əlvida, Benzya!
ORXAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyun 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri