Bəqai: İran cəmiyyəti ABŞ ilə danışıqları müzakirə etməyə hazır deyil
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
İran cəmiyyəti ABŞ diplomatiyasına inamsızlıq fonunda ABŞ ilə danışıqların aparılması imkanını müzakirə etməyə hazır deyil.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Misirin "Al Masry Al Youm" portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkədə 2025-ci ilin iyun və 2026-cı ilin fevral aylarında keçirilmiş əvvəlki danışıqlar raundlarının nəticələrini xatırlayırlar.
"İran cəmiyyəti ABŞ ilə danışıqları və ya diplomatiyanı müzakirə etməyə hazır deyil, çünki iyun və fevral aylarında keçirdiyimiz iki danışıqlar raundu ilə nə baş verdiyini bilirlər. Buna görə də dünyada heç kim artıq ABŞ diplomatiyasına etibar edə bilməz. Onlar diplomatiya və danışıqlardan yalnız öz iradələrini yeritmək və ya güc tətbiq etmək üçün müqəddimə kimi istifadə edirlər", - Bəqai bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 01 Aprel 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















