Bəqayi: Hindistan gəmilərinə atəş açılması məsələsi araşdırılır
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran ordusunun Hindistana məxsus gəmilərə atəş açıb-açmaması məsələsi araşdırılır.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə deyib.
O bildirib ki, ölkənin bütün strukturları hər bir prosesi tam ayıqlıqla izləyir.
XİN sözçüsü atəşkəsin uzadılması ilə bağlı suala cavabında qeyd edib ki, İran milli maraqların təmin olunması məsələsində heç bir son tarix və ultimatum qəbul etmir: “Bu müharibəni biz başlamamışıq. Düşmənin hücumundan sonra ölkənin müdafiəsi üçün hərəkətə keçmişik və İranın maraqları tələb etdiyi müddətdə müdafiəni davam etdirəcəyimizi bəyan etmişik”.
O vurğulayıb ki, əgər ABŞ və İsrail yeni addımlar atsalar, İran Silahlı Qüvvələri bütün imkanları ilə cavab verməyə hazırdır.
Haşim Rahimi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 20 Aprel 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















