Bəqayi: İran ordusu ABŞ nin hücumuna hazırdır
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İran Silahlı Qüvvələri ABŞ-nin təhdidləri qarşısında ölkəni müdafiə etməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“İran danışıqların təhdidlərdən uzaq olmasını şərtləndirmişdi, amma gördüyümüz budur ki, təhdidlər artıb - hücumdan tutmuş önəmli şəxslərin qətlə yetirilməsinə qədər. Hərbi qüvvələrimiz ayıq-sayıq şəkildə müdafiəyə hazırdır. Həmişə bəyan etmişik ki, təhdidlərin təsiri altında olmayacağıq”, - o bildirib.
Bəqayi İranın hadisələrin gedişatına uyğun addımlar atacağını vurğulayıb:
“Hiss etsək ki, qarşı tərəf bu prosesi hiylə üçün istifadə etməyi planlaşdırır, uyğun addımlar atacağıq. Biz danışıqlar otağında olanda hərbi qüvvələrimiz hadisələri daha diqqətlə izləyəcək”.
Qeyd edək ki, ABŞ-İran danışıqlarının üçüncü raundu fevralın 26-da Cenevrədə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 Fevral 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















