Beqlaryan: “İran Zəngəzur dəhlizində tərəf olmaq istəyir”
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Hadisələrin gedişatını nəzərə alsaq, 90 faizlik ehtimalla Azərbaycanın Ermənistana qarşı müharibə aparacağını gözləmək lazımdır. Bu, zaman məsələsidir”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə İran parlamentinin keçmiş deputatı Robert Beqlaryan çıxış edib.
O deyib ki, hazırda dünya ictimaiyyəti Ermənistanın taleyi ilə o qədər də maraqlanmır.
Onun sözlərinə görə, İran və Ermənistan bir-birinə qarşı siyasətlərini aydınlaşdırmalıdırlar. “İrəvanın ciddi narahatlığını başa düşmək olar. O cümlədən İrana qarşı sanksiyalar, Yaxın Şərqdə İrana vurulan zərbə, əlavə fəsadlar yaradacaq. Lakin sakit oturub vəziyyətin öz-özünə həll olunacağına ümid etmək olmaz”.
Beqlaryan onu da bildirib ki, Zəngəzur dəhlizi məsələsində çoxlu oyunçu və benefisiarları var. “İran da bu danışıqlarda tərəf olmaq istəyir. Amma kənarlaşdırma o deməkdir ki, bundan sonra Tehran faktla üzləşməli olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 13 Yanvar 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















