“Bərbad iqtisadi idarəçilik yeni inflyasiya dalğasına səbəb ola bilər...“ İran deputatı
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran İslam Respublikası İslami Şura Məclisinn deputatı ölkədəki "bərbad" iqtisadi idarəçiliyin və milli valyutanın dəyərdən düşməsinin yaxın aylarda yeni inflyasiya dalğasına yol açacağı barədə xəbərdarlıq edib.
Moderator.az bu mövzuda "Azad İran" və "iranwire" nəşrlərinə istinadla yazır.
İran parlamentin üzvü Hüseyn Səmsami bildirib ki, valyuta məzənnəsindəki sıçrayışlar birbaşa məhsul qiymətlərini artırır və gözlənilən bahalaşmanın əsas hərəkətverici qüvvəsidir.
Xəbərdə qeyd olunur ki, İranda illik inflyasiya 66%-ə, nöqtəvi (point-to-point) inflyasiya isə 87,9%-ə çatıb. Deputat qiymət artımının əsas səbəbi kimi pul kütləsi və ya büdcə kəsirini deyil, birbaşa məzənnə sabitliyinin pozulmasını göstərir. Çünki milli valyutanın dəyərdən düşməsi malların qiymətlərinin birbaşa bahalaşmasına səbəb olur.
H.Səmsami vurğulayıb ki, bu iqtisadi gərginlik, xüsusilə əsas ərzaq məhsullarının bahalaşması ölkənin müxtəlif şəhərlərində xalq etirazlarına və fəhlə aksiyalarına səbəb olur.
S.Laçın
Baxış sayı:154
Bu xəbər 04 Avqust 2026 07:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















