Berbok 17 illik evliliyinə son qoydu
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya xarici işlər naziri Annalena Berbok və əri Daniel Holeflyaş 17 illik evliliklərinə son qoyublar.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Berlində onların ayrılması ilə bağlı çoxdandır ki, söz-söhbətlər gəzirdi. Artıq XİN rəhbəri Annalena Berbok və əri Daniel Holeflyaş təsdiqləyir. 17 ildən sonra onların evlilikləri bitdi”, – deyə bildirilib.
Cütlük yeni münasibətə girmədiklərini və 9 və 13 yaşlı iki qızlarının xatirinə Potsdamda birlikdə yaşamağa davam etdiklərini qeyd ediblər.
Nəşr onu da qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçirilən Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən Berbokun barmağında nikah üzüyü olmayıb.
Baxış sayı:145
Bu xəbər 23 Noyabr 2024 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















