Berbok BMT də veto səbəblərinin açıqlanmasını tələb etməyə çağırdı
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu fikri BMT-nin 80-ci sessiyasının sədri Annalena Berbock "Politico" qəzetinə verdiyi müsahibəsində bildirib.
Berbock, BMT-nin Təhlükəsizlik Şurası ilə bağlı islahatların "addım-addım" irəliləməli olduğunu, bunun üçün "daha çox şəffaflıq" və "veto səbəblərinin açıqlanmasını tələb etməyi" təklif edib.
Berbock həmçinin, "təşkilat üzərində artan maliyyə təzyiqləri" şəraitində, BMT-nin əsas fəaliyyət sahələrinin daha dəqiq müəyyənləşdirilməsinin vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu sahələr arasında "blokadaların aradan qaldırılması", təşkilatın effektivliyinin artırılması, məsələn, agentliklərin birləşdirilməsi, yerli ofislərdə işçi sayının artırılması və süni intellektin istifadəsi yer alır.
Birləşmiş Ştatların BMT-dəki rolu ilə bağlı Berbock bildirib ki, ABŞ Prezidenti Donald Trampın "Amerika əvvəlcə" proqramına baxmayaraq, o, hələ də ABŞ-ın çoxistiqamətli yanaşmaya güclü və vacib dəstək verdiyini görür. O, təşkilatın "müzakirə və qərar qəbul etmək üçün yer olduğunu" qeyd edərək, BMT Nizamnaməsini şübhə altına almağın vacib olmadığını əlavə edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 24 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















