Bərdədə ağır qəza: yaralılar var Foto
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bərdə rayonunda üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı “Toyota Kəmri” (10-RE-858), VAZ-2107 (77-GZ-516) və digər minik avtomobili (41-BE-260) toqquşub. Zərbənin təsirindən “Toyota Kəmri” və VAZ-2107 yolun müxtəlif istiqamətlərinə düşüb.
Məlumata görə, VAZ-2107 markalı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza zamanı VAZ-2107 markalı avtomobildə olan Xəyal İsayev, Oktay Əli oğlu Məmmədov, Ömər Telman oğlu Abdullayev və Orxan Qurban oğlu Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 13 Avqust 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















