Bərdədə canavarların kəndə hücumları ciddi təşviş yaradıb VİDEO
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bərdə rayonunun Yerli Ağalı kəndində canavarların yaşayış məntəqəsinə hücumu sakinlər arasında ciddi təşviş yaradıb.
Baku TV-nin qaynar xəttinə müraciət edən kənd sakinləri təhlükəli vəziyyətlə üz-üzə qaldıqlarını bildiriblər.
Onların sözlərinə görə, canavarlar həm örüş sahələrinə, həm də kəndin özünə tez-tez hücum edirlər. Bu vəziyyət əhali üçün ciddi narahatlıq mənbəyinə çevrilib.
Sakinlər qorxudan heyvanlarını otarmağa və ya tövlədən çölə çıxarmağa cəsarət etmədiklərini vurğulayıblar. Həmçinin, uşaqların təhlükəsizliyi ilə bağlı da ciddi problemlər yaşanır. Çobanlar qeyd edirlər ki, canavarların qorxusundan nə heyvanları suvarmağa, nə də uşaqları kəndin mərkəzinə göndərməyə imkanları var.
Yerli sakinlər aidiyyəti qurumlardan və əlaqədar təşkilatlardan problemin həlli üçün təcili tədbir görülməsini xahiş edirlər.
Baxış sayı:136
Bu xəbər 16 İyul 2026 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















