Icma.az
close
up
RU
Bərdədə məcburi köçkünlər üçün qısamüddətli təlimlərinin təşviqi ilə bağlı tədbir keçirilib

Bərdədə məcburi köçkünlər üçün qısamüddətli təlimlərinin təşviqi ilə bağlı tədbir keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bərdə, 22 may, AZƏRTAC

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində məcburi köçkünlərin qısamüddətli təlimlərə cəlb edilməsi məqsədilə təbliğat və təşviqat işləri davam etdirilir. Növbəti belə tədbir Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bərdə rayonunun Həsənqaya ərazisində salınmış 866 yerlik məcburi köçkün qəsəbəsində keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi burada məskunlaşmış 850-dən çox məcburi köçkün ailəsinə qısamüddətli təlimlər çərçivəsində təqdim olunan ixtisaslar və bu ixtisasların yaratdığı karyera imkanları barədə məlumat vermək, həmçinin onların bu təlimlərə cəlb edilməsini təşviq etmək olub. Tədbirdə iştirak edən mütəxəssislər və peşə təhsili müəssisələrinin nümayəndələri 42 ixtisas üzrə təşkil edilən qısamüddətli təlimlərə qeydiyyat prosesini, təlimlərin keçirilmə qaydalarını və tədris proqramından əldə olunacaq nəticələr haqqında ətraflı məlumat veriblər.

Sonra təlimləri uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunub.

Bu təşəbbüs “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas məqsədlərindən biri olan işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin peşə bacarıqlarını artıraraq, onların davamlı məşğulluğunu təmin etməyə yönəlib. İndiyə qədər proqram çərçivəsində 740-dan çox məcburi köçkün qısamüddətli təlimlərə cəlb edilib və qeydiyyat prosesi hazırda davam edir. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.

Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ Regional Məşğulluq filialının və müxtəlif işəgötürən müəssisələrin nümayəndələri iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri