Bərdədə məscidin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? Fotofakt
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bərdə rayonunda qanunsuz tikinti aparılır.
Bərdə rayonunun İsmət Qayıbov küçəsi ilə mərkəzi küçənin kəsişməsində yerləşən obyektə qanunsuz olaraq ikinci mərtəbə əlavə edilir.
Hurriyyet.az xəbər verir ki,bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir.
Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.
Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Bərdə rayon İcra Hakimiyyətinin yüksək vəzifəli şəxslərinin himayə etdiyi deyilir.
Əldə etdiyimiz digər məlumatda Bərdə rayonunda aparılan qanunsuz tikintilərə bilavasitə başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədovun vasitəsilə aparıldığı, rayonda obyekt tikmək, əlavə etmək istəyən şəxslərin mütləq onunla “hesablaşdığı” vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 18 İyun 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















