Bərdədə yeni qəbiristanlığın salınması planlaşdırılan əraziyə baxış keçirilib FOTO
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, deputat Fatma Yıldırım və Bərdə Rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədov adıçəkilən rayonda yeni qəbiristanlığın salınması üçün nəzərdə tutulan əraziyə baxış keçiriblər.
Moderator.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Baxış zamanı ərazinin mövcud vəziyyəti, coğrafi mövqeyi, mühəndis-kommunikasiya imkanları, nəqliyyat əlçatanlığı və gələcəkdə qəbiristanlıq kimi istifadəsi üçün uyğunluğu qiymətləndirilib. Eyni zamanda zəruri infrastrukturun yaradılması, abadlıq tədbirlərinin həyata keçirilməsi və qəbiristanlığın müasir tələblərə uyğun təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Bildirilib ki, yeni qəbiristanlıq üçün sahənin planlı şəkildə müəyyənləşdirilməsi ilə yanaşı, səmərəli idarəetmə yanaşmalarının tətbiqi də xüsusi əhəmiyyət daşıyır. Aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirilən tədbirlər qəbiristanlıqların idarə olunması prosedurlarının təkmilləşdirilməsi məqsədinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 05 Avqust 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















