Icma.az
close
up
RU
Bərdənin bələdiyyə torpaqlarında qanunsuzluq Fermerlər narazıdır

Bərdənin bələdiyyə torpaqlarında qanunsuzluq Fermerlər narazıdır

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Bərdə rayonunda torpaq bölgüsü və icarəsi ilə bağlı ciddi qanunsuzluqlar var.

Rayonda fəaliyyət göstərən bir qrup fermer və torpaq sahibi Gununsesi.info-ya müraciət edərək, yerli icra strukturlarının proseslərə qanunsuz müdaxiləsindən narahatlıqlarını bildiriblər.

İddialara görə, Bərdə rayonunda bələdiyyə torpaqlarının icarəsi zamanı qanunvericilik tələbləri nəzərə alınmır:

“Bərdə rayonunda bələdiyyə torpaqlarından istifadə və icarə prosesi artıq uzun müddətdir ki, qanunlara deyil, bəzi məmurların şəxsi qərarlarına əsasən həyata keçirilir. Rayon rəhbərliyi tərəfindən qanunsuz şəkildə tələbat qoyulub ki, guya vətəndaşlar bələdiyyə torpaqlarından 5 ildən artıq müddətə istifadə edə bilməzlər. Halbuki mövcud qanunvericilikdə belə bir məhdudiyyət nəzərdə tutulmayıb. Bu şərt fermerlərin planlı kənd təsərrüfatı fəaliyyəti üçün ciddi maneə yaradır.

Ən narahatedici məqamlardan biri odur ki, torpaq icarəsinə dair keçirilən hərraclara bəzən torpaqdan faktiki istifadə edən şəxsdən əlavə, məqsədli şəkildə kənar adamlar da daxil edilir. Bu, şəffaflıq prinsipinə ziddir və yerli icra strukturlarının prosesə qeyri-qanuni müdaxiləsi ilə həyata keçirilir”.

Şikayətlərdə adı hallanan əsas fiqurlardan biri – Bərdə Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Damət Qasım oğlu Ələkbərovdur.

İddialara əsasən, onun heç bir hüquqi səlahiyyəti olmadığı halda, torpaq hərrac komissiyasının tərkibində yer alaraq proseslərə birbaşa müdaxilə etdiyi bildirilir:

“Onun bu sahədə hüquqi səlahiyyəti olmadığı halda, komissiya üzvü qismində çıxış etməsi və torpaq bölgüsünə təsir göstərməsi açıq qanun pozuntusudur. Hətta o, bütün proseslər barədə rayon rəhbərliyinə “məlumat daşıyıcısı” rolunu oynayır. Ən acınacaqlısı isə odur ki, bu cür halların nəticəsində yerli fermerlər və sahibkarlar böyük maddi və mənəvi zərərlə üzləşir, onların torpaqla bağlı hüquqları pozulur, gələcəklə bağlı planları alt-üst olur. Kadr siyasəti sahəsində də ciddi pozuntular müşahidə olunur.

Belə ki, Mehtiyeva Leyla Samir qızı adlı şəxs rəsmi olaraq müvafiq icra nümayəndəliyində çalışdığı halda, icra aparatında ona xüsusi otaq və iş şəraiti ayrılıb. Bu hal struktur və vəzifə bölgüsü qaydalarının pozulması, eyni zamanda müəyyən şəxslərə qeyri-qanuni imtiyaz verilməsi kimi qiymətləndirilə bilər. Belə halların digər əməkdaşların da motivasiyasına və ümumi idarəçilik keyfiyyətinə mənfi təsir göstərdiyi danılmazdır”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 İyul 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri