Icma.az
close
up
RU
Berdiməhəmmədov Bakıya “əlidolu” gəlib? Xəzər dibi ilə kəmər, DTT və Qarabağ...

Berdiməhəmmədov Bakıya “əlidolu” gəlib? Xəzər dibi ilə kəmər, DTT və Qarabağ...

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iyulun 16-da Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşü xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov olsa da, ölkənin əsas siyasi fiquru dövlət başçısının atası Qurbanqulu Berdiməhəmmədovdur.

Bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, Türkmənistan illərdir neytral xarici siyasətə üstünlük verir və bloklara qoşulmur:

“Türkmənistan türkdilli dövlət olmasına baxmayaraq, Türk Dövlətləri Təşkilatının üzvü deyil. Türkmənistan TDT-nin toplantılarına müşahidəçi statusunda qatılır. Halbuki Türkiyə və Azərbaycan Türkmənistanın təşkilata üzv olmasını istəyir.

Türkiyə və AB Türkmənistan qazının Azərbaycan üzərindən Avropa ölkələrinə nəql edilməsini də istəyir. Ancaq bunun üçün Xəzər dənizinin dibi ilə boru xətti çəkilməlidir. Azərbaycan Türkmənistan qazının Avropaya nəqlinə dəstək verməyə hazırdır. Ancaq Azərbaycan Xəzər dənizinin dibi ilə boru xəttinin tikintisinin təşəbbüskarı kimi çıxış etmək fikrində deyil. Azərbaycanın mövqeyi belədir ki, həmin boru xəttinin tikintisini Türkmənistan və AB həyata keçirməlidir.

1990-cı illərdə Türkmənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginlik var idi. Türkmənistan Azərbaycanın Xəzər dənizindəki “Kəpəz” yatağına iddia edirdi. Türkmənistan həmin yatağı “Sərdar” adlandırırdı. 2021-ci il yanvarın 21-də Aşqabadda iki dövlət arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında memorandum imzalandı və bununla mübahisəyə son qoyuldu. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırıldı.

Buna baxmayaraq, həmin yataqda birgə fəaliyyətə hələ başlanılmayıb. Qurbanqulu Berdiməhəmmədovun Bakıda İlham Əliyevlə bu məsələni müzakirə edəcəyi mümkündür.

Qurbanqulu Berdiməhəmmədov Bakıdan sonra Qarabağa gedəcək. Bu da Azərbaycan üçün əhəmiyyətlidir.

Ümumiyyətlə müxtəlif dövlət liderlərinin işğaldan azad olunan Qarabağ bölgəsinə səfərləri Azərbaycanla əməkdaşlığa verilən qiymətdir. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın ardınca, Türkmənistanın da Qarabağ və ya Şərqi Zəngəzurda məktəb və ya mədəniyyət mərkəzinin inşaatına qərar verməsi ümumi işin xeyrinə olar”. \\BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 İyul 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri