Icma.az
close
up
RU
Berdıyev, Abbasov və Cavadov hakimdən narazılıq etdi

Berdıyev, Abbasov və Cavadov hakimdən narazılıq etdi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

25 sarı, 2 qırmızı vərəqə, “Kəpəz” – “Sumqayıt” oyununun sonundakı kütləvi dava-dalaş...

Mövsüm sona yaxınlaşdıqca əsəblərin gərilməsi, narazıların sayının artması təbiidi. Təsadüfi deyil ki, 34-cü turun oyunlarından sonra birdən-birə üç məşqçi hakimlərdən gileyləndi. Vaqif Cavadov “məncə, hakimlər hər şey etdi ki, “Kəpəz” qalib gəlsin” deməklə “qapını möhkəm çırpdı”, Ayxan Abbasov Fərid Hacıyevdən həmişə narazı qaldığını dedi, onun atası yaşında olan Kurban Berdıyev isə lap “rəngləri qarışdırdı”: “Çox şeyi artıq başa düşə bilmirəm”.           
Sabah - Şamaxı, FƏRİD HACIYEV
Düzdü, oyun nəticə baxımdan komandalar üçün prinsipial əhəmiyyət daşımırdı. Lakin bu məqam tərəflərin sona qədər qələbə uğrunda döyüşməsinə mane olmadı. Vasili Berezutski və futbolçuları oyun ərzində ciddi narazılıqla yadda qalmasa da, həm Ayxan Abbasov, həm də oyunçuları ədalət təmsilçisinin xeyli səhvə yol verdiyini düşündü. Hətta baş məşqçi Noqeyranın ikinci qolunun haqsızlıq üzündən buraxıldığını dedi: "Top çıxıb, fol verir. Futbolçunun əziyyətini yerə vurur. Sonra künc zərbəsi verir. Rəqib də həmin epizodda qol vurur".
İş ondadı ki, 70-ci dəqiqəyə təsadüf edən epizodda Rauf Rüstəmli Anatoli Nuriyevi yerə yıxarkən top hələ yan xəttin üzərindəydi. Belədə Fərid Hacıyevi suçlamaq məntiqsizdi. Amma mütəxəssis vərəqələrlə bağlı qərarları qınamaqda haqlıdı. Həqiqətən "fit sahibi" gah çox kobud müdaxilələrə göz yumdu, gah da sadə epizodlarda əlini cibinə apardı. 83-cü dəqiqədə Cəlal Hüseynovun Pavol Şafrankonu qayda pozuntusuyla dayandırmasına isə məhəl qoymadı. Yəni Hacıyev bu dəfə qüsursuz deyildi.
Səbail - Zirə, TURAL QURBANOV
"Səbail" üçün son şans... Bu matçı başqa cür adlandırmaq mümkün deyil. Özü də "Zirə" gümüş medalları rəsmiləşdiribsə... Təhlükəli vəziyyətlərin və qayda pozuntularının sayı çox olmadı. Bu baxımdan hakimin hansısa ciddi sınaqla üzbəüz qalmadığını deyə bilərik. Həm "Səbail"in 76-cı dəqiqədə vurduğu qolun sayılmaması, həm cəzalar, həm də artırılan vaxt etirazla qarşılanmadı. Düzü, buna ehtiyac da yox idi. Komandaların intizamlı oyun sərgiləməyə üstünlük verməsi Tural Qurbanov üçün sərfəli oldusa, baş hakim də hansısa yanlış qərarla yadda qalmadı.   
Turan Tovuz - Neftçi, RƏŞAD ƏHMƏDOV
İlk dəqiqələrdən etibarən mübarizə və gərginlik hiss olunurdu. Əhmədov sabit idarəçiliklə yadda qaldı. Orxan Əliyevin ofsaydda olması düzgün qeydə alındı və Eyyub İbrahimov bu qərarı VAR dəstəyinə ehtiyac olmadan, vaxtında verdi. Kristian da Silvanın Bassala Sambuya qarşı kobudluğu da əsaslı şəkildə cəzalandırıldı və Emin Mahmudovun həmin epizoddan sonra vurduğu gözəl qol oyunun axarına təsir edən anlardan biri oldu. Baş hakim ümumilikdə oyuna nəzarəti əldən vermədi. Ancaq bəzi qayda pozuntularında fasilələrin uzanması tempin düşməsinə səbəb oldu. Rəşad Əhmədov prinsipial mövqe sərgilədi, ciddi səhvə yol vermədi və oyunu ümumilikdə inamla idarə etdi.
Kəpəz – Sumqayıt, İNQİLAB MƏMMƏDOV
İnqilab Məmmədovun 5-ci dəqiqədə Alan Diasın Luis Paçunu kobud şəkildə saxladığı epizodda oyunu davam etdirməsi birmənalı qarşılanmasa da, VAR-dan sonra penalti təyin etmək lazım gəldi. Sona doğru emosiyalar daha da yüksəldi. 86-cı dəqiqədə Georgi Karaişvilinin qeyri-idman hərəkətləri və ardından gələn qarşılıqlı aqressivlik meydanda atmosferi gərginləşdirdi. Hakim bu məqamda prinsipial mövqe tutaraq həm Vüqar Mustafayevi, həm də Rəşad Əzizlini qırmızı vərəqə ilə cəzalandırdı. “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadovun qərara sərt etirazı isə ona sarı vərəqə “qazandırdı”. Bütün hallarda İnqilab bəy sonda belə hədsiz gərginliyə imkan verməməliydi. 8 sarı, 2 qırmızı vərəqə hadisələrin axarının hakimin nəzarətindən çıxması deməkdi.
Qarabağ - Araz-Naxçıvan, ƏLİYAR AĞAYEV
34-cü turun son matçının tərəflər üçün prinsipallığı qalmamışdı. “Qarabağ”ın çempion olması, “Turan”ın uduzması aşağı tempi şərtləndirdi. Buna baxmayaraq, Əliyar Ağayev VAR-ın köməyi ilə bir neçə vacib qərar verdi. Belə ki, 32-ci dəqiqədə Musa Qurbanlı topu qapıdan keçirsə də, yan xətt hakimi ofsayd bayrağını qaldırdı. VAR-a baxan Ağayev haqlı şəkildə qolu qeydə aldı. 40-cı dəqiqədə “köhlən atlar” yenidən toru sirkələsə də, bayraq yenə də qaldırılmışdı. Bu dəfə də VAR-ın köməyi ilə referi düzgün qərar verdi - qolu qeydə almadı. Təcrübəli FİFA referisi ilk hissədəcə dörd sarı vərəqə göstərdi. Heç bir vərəqəni müzakirə etməyə dəyməz. Amma digər tərəfdən, elə ilk yarıda 4 “sarı”nın göstərilməsi Ağayevin hadisələrin nəzarətdən çıxmasından qorxduğuna işarədi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 May 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri