Icma.az
close
up
RU
Berdıyev mövsümboyu Allahı, azarkeşləri və hakimləri tez tez yada salıb

Berdıyev mövsümboyu Allahı, azarkeşləri və hakimləri tez tez yada salıb

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Kurban Berdıyev... Aşqabadda dünyaya gəlsə də, Rusiya məşqçi sexinin ulduzlarından sayılan 72 yaşlı mütəxəssis... Özünəməxsus dünyası olan, əlamətlərə qeyri-adi dərəcədə çox inanan birisi... Və o, Azərbaycanda hədəfinə çata bilmədi. Ya da hələlik çata bilməyib.

“Turan Tovuz”un baş məşqçisinin son mövsümdə mətbuat konfranslarından sonra səsləndirdiyi fikirlərin toplusunu təqdim edirik. Bəlkə siz də uğursuzluğun hansısa səbəblərini tapa biləsiz.
1-ci tur. “Neftçi” - “Turan Tovuz” 0:0
Oyunun çətin olacağını güman edirdik. “Neftçi” çox yaxşı komandadı, bu oyun çatışmayan cəhətlərimizi göstərdi. Hansı istiqamətlərdə çalışmalı olduğumuzu bildik. Amma ümumilikdə futbolçularımın performansından razı qaldım. Hansı məqamların üzərində işləməliyik? Hücum mərhələsindəki məqamları qeyd edərdim. Uşaqlar nəcə oynamağın lazım olduğunu bilir. Yəqin ki, zamanla bunun öhdəsindən gələcəklər. Böyük çatışmazlıq deyil. Hər komandanın çatışmazlıqları var. Bizim də həmçinin.
2-ci tur. “Turan Tovuz” – “Sumqayıt” 1:0
Futbolçular ikinci hissədə hesabı qorumağa üstünlük verdi. Görünən odu ki, üzərində düşünməli olduğumuz məqamlar var. Qalib gələndə xoşbəxt olursan. Bunu çətinliklə edəndə daha zövqlü olur. Əlbəttə, birinci hissədə göstərdiyimiz oyunu axıra qədər oynasaq, daha yaxşı olardı. Matçın iki fərqli hissədən ibarət olması fiziki hazırlığın səviyyəsindən asılı deyildi. Sadəcə, futbolçular hesabı qorumağa üstünlük verdilər. Həm də təbii ot örtüyündə məşq edib süni örtükdə oynamaq müəyyən dərəcədə təsir göstərir. Oyundan-oyuna daha yaxşı hazırlaşıb keyfiyyətimizi artıracağıq. Mövsümün sonunda nə olacağını təkcə Allah bilir. Tovuzlu azarkeşlər məni yaxşı mənada təəccübləndirdi. Hər birinə təşəkkür edirəm.
3-cü tur. “Kəpəz” – “Turan Tovuz” 0:3
Nədən razı qalmadım? Hər şeydən əvvəl futbolçularımın psixoloji yanaşmasından narazıyam. Hesab 2:0 olandan sonra rahatlaşdılar. Ona görə deyirəm ki, üzərində işləməli olduğumuz məqamlar var. Hələ yolun əvvəlindəyik və çox işləməliyik. Hücumda və müdafiədə problemlərimiz var.
4-cü tur. “Qarabağ” – “Turan Tovuz” 0:1
İki kəlməylə ifadə etməli olsam, bütün uşaqlara oyundakı nizam intizama və canfəşanlığa görə təşəkkür edirəm. Əlbəttə ki, nəticədən razıyam. Rəqib "Qarabağ" idi. Azərbaycan futbolunun flaqmanı sayılır. Nəticədən razı qalmamaq mümkün deyil.
5-ci tur. “Turan Tovuz” – “Səbail” 1:0
İlk 15 dəqiqədə üstünlüyü rəqibə verdik və bütün möveləri uduzduq. Sonra hissənin axırına kimi vəziyyəti yaxşılaşdırdıq. İkinci hissədən razı qalmadım. Nə hücumda, nə də müdafiədə yaxşı oynadıq. Səbəbini axtaracağıq. Bu ya qol buraxmaq qorxusundandı, ya da başqa psixoloji məqamdı. Bu gün qələbə var. Amma istədiyimiz kimi oyun olmadı. İstənilən halda qələbə qələbədi.
6-cı tur. “Sabah” – “Turan Tovuz” 2:2
Paltardəyişmə otağında uşaqlara dedim ki, sadəcə, birinci və ikinci hissənin ilk dəqiqələrində uduzduq. Komandamdan çox razıyam. Razı qaldığım və qalmadığım məsələlər var. Biz hər oyuna qələbə üçün çıxırıq. Yekun nəticənin necə olacağını yalnız Allah bilir. Komanda şəklində mübarizə aparmağa davam etsək, sürpriz qeydə alına bilər.
7-ci tur. “Turan Tovuz” – “Araz-Naxçıvan” 1:2
Rəqib qələbəyə daha çox layiq idi. Komanda 6 turdu lider idi. Bu da uşaqlara psixoloji yük verə bilərdi. Ona görə də futbolçularım oyuna daha çox fokuslanmalıdı. Sözsüz, Aleks Souzanın yoxluğu hiss olunurdu. O, yaradıcı hücumçudu. Amma futbol zədəsiz qaçılmazdı. Bu, ən çox narazı qaldığımız matç oldu. Planlaşdırdığımız çox şeyi edə bilmədik. "Araz-Naxçıvan" bizi bir çox komponentdə üstələdi.
8-ci tur. “Şamaxı” – “Turan Tovuz” 2:2
Buna eniş deməzdim. Düzdü, nəticələr bizi qane etmir, amma bu, eniş deyil.
9-cu tur. “Turan Tovuz” – “Zirə” 1:0
İlk yarıda "Zirə"nin üstünlüyü və qol imkanları olsa belə, onların qarşısını aldıqları üçün uşaqlara təşəkkür edirəm. Əvvəlcə oyunu bərabərləşdirdik, daha sonra müəyyən epizodlarda da onları üstələdik. Uşaqlara qələbəyə görə təşəkkür edirəm. Birinci dövrədəki nəticələrə görə daxili rahatlığımız var, bunlar bizi sevindirir.
10-cu tur. “Sumqayıt” – “Turan Tovuz” 2:4
"Zirə" ilə ilk hissədə pis oynadıqsa, 2-ci hissədə əvəzetmələrdən sonra yaxşı oynamışdıq. Bu dəfə tam əksi oldu. Səbəbini axtaracağıq. Rəqib boşluqlar tapırdı və bundan istifadə etməyə başlamışdı. Buna görə əvəzetmələr etdik. Təəssüf ki, düşündüyümüzdən fərqli oldu.
11-ci tur. “Turan Tovuz” – “Kəpəz” 2:1
Mövsümdə ən pis oyunlarımızdan birini keçirdik. Şükürlər olsun, qələbə qazandıq. Lakin futbolçulara dedim ki, bu oyundan nəticə çıxarmalıyıq. Belə davam edə bilmərik. Bəxtimizin gətirdiyini deyə bilərik.
12-ci tur. “Turan Tovuz” – “Qarabağ” 0:0
Ümumən oyundan razı qaldıq. Səhvlərimiz də var idi. Təbii ki, rəqibin ustalığını, oyunçuların fərdi ustalığını da nəzərə almışdıq. Liderlə heç-heçədən razı olmadığımı desəm, düz çıxmaz.
13-cü tur. “Səbail” – “Turan Tovuz” 1:1
İki fərqli hissə izlədik. Birinci hissədə oyunumuz alınmadı. İkinci hissədə düzəlişlər etdik. Daha yaxşı oynadıq. İkinci hissəni nəzərə alsaq, iki xal itirdik. Aqressiv deyildim, sadəcə, istəyirdim futbolçularım daha tez oynasınlar.
14-cü tur. “Turan Tovuz” – “Sabah” 1:1
Fikirləşirəm ki, bu gün güclü rəqibə qarşı oynadıq. Yaxşı komplektləşdirilmiş komanda idi. Bu nəticəni ədalətli adlandırmaq olar. Öz işimizi görəcəyik və növbəti oyuna hazırlaşacağıq. Futbolçular 2-ci hissədə lazım olanları yerinə yetirmədilər.
15-cı tur. “Araz-Naxçıvan” – “Turan Tovuz” 1:0
Belə matçlarda birinci səhvə qədər oyun gedir. Amma səhvi biz buraxdıq. Artıq liderlərlə fərq çoxdu. Qarşıda çox oyun var. Bunun öhdəsindən gəlməyə çalışacağıq.
16-cı tur. “Turan Tovuz” – “Şamaxı” 3:2
İki fərqli hissə izlədik. Birinci hissədə həvəssiz çıxış etdik. İkinci yarıda isə daha yaxşı oyun göstərdik. Futbolçularımın uğuruna görə sevinirəm. Ümumi götürsək, komandanın çıxışından razı qalmaq mümkündü. Komandamız rəqabətədavamlıdı. Hamı məşq etməyə, oynamağa çalışır. Təəssüf ki, Azərbaycanda hansısa futbolçuya bir oyun şans verməyəndə həvəsdən düşür. Belə hallar məşqçi üçün çətindi. Bizim azarkeşlərimiz ən yaxşıdı. Onlar həm səfərdə, həm də evdə yanımızda olurlar.
17-ci tur. “Zirə” – “Turan Tovuz” 0:0
Küləyi də nəzərə alsaq, maraqlı oyun keçdi. Bu oyun qola qədər davam edəcəkdi. Yəni kim qol vursaydı, qalib gələcəkdi. Ədalətli nəticə olduğunu söyləyə bilərəm. Hamı yaxşı oynadı. Qol olmadığına görə hesabı qanunauyğun saya bilərik. Oyun ərzində dəyişiklik etməməyimin səbəbi nə idi? Hamı yaxşı oynadı. Buna görə də ehtiyac olmadı.
18-ci tur. “Turan Tovuz” – “Neftçi” 1:1
İki fərqli hissə oldu. Birinci hissədə oyunçularım çox həyəcanlandı, lazım olan aqressivliyi göstərə bilmədilər. İkinci hissəni götürsək, oyundan razı qaldıq. Kimin oynamasının fərqi yoxdu. Kim yaxşı oynayırsa, onu da meydana buraxırıq. Meydanda olanlar yaxşı oynadı deyə bu gün dəyişikliklər etmədim. Bu nəticəni nə dərəcədə qənaətbəxş sayıram? Mövsümün əvvəlində soruşsaz, deyərdim ki, yaxşıdı. Fərqli hisslər yaşayıram.
19-cu tur. “Kəpəz” – “Turan Tovuz” 5:2
"Kəpəz" layiqli qələbə qazandı, bu münasibətlə rəqibi təbrik edirəm. Planlarımızı həyata keçirə bilmədik. Son 8 matçda cəmi 1 qələbə... Təbii ki, müəyyən səbəblər var. Məsələn, bu gün heçnə alın madı. Qalan oyunlara gəlincə, həm heç-heçə etmişik, həm də uduzmuşuq. Səhvlərimizdən nəticə çıxarıb yolumuza davam etməliyik. Standart vəziyyətlərdən bu qədər qol buraxacağımızı düşünmürdük. Ona görə ki, məhz bu məqamın üzərində çox çalışırdıq.
20-ci tur. “Qarabağ” – “Turan Tovuz” 1:2
“Kəpəz”lə oyundan sonra futbolçuların hər biri ilə fərdi şəkildə danışdıq. Oyuna yanaşma tərzini dəyişmək lazım idi. İnanıram ki, futbolçularım məni anladılar. Bir daha belə oyun təkrarlanmamalıdı. Qurban Qurbanov kimi baş məşqçinin zəif nöqtəsi az olar. Deyərdim ki, Allah bizə yardım etdi. Məncə, “Qarabağ” Azərbaycan futbolunun flaqmanıdı, Qurban Qurbanov isə ən yaxşı məşqçilərdən biridi.
21-ci tur. “Turan Tovuz” – “Səbail” 1:1
İki xal itirmək üzücü faktdı. Amma onu da nəzərə alaq ki, biz 10 nəfərlə oynadıq. Sadə səhvdən qol buraxmağımız isə bizi məyus edir. 10 nəfərlə oynamasaydıq, fərqli nəticə ola bilərdi.
22-ci tur. “Sabah” – “Turan Tovuz” 2:1
İkinci hissənin ilk 15 dəqiqəsində özümüzə gələ bilmədik. Sonradan qapımızda qollar gördük. Sonda nəyisə düzəltmək çətin idi. “Sabah” bizi nədə üstələdi? Fərdi mübarizələrdə uduzduq. İkinci qolu vuranda da hakimlə uzun mübahisə oldu. Rəhimin butsu çıxmışdı. Hakim oyunu dayandırmadı. Hakim idarəçiliyindən razı qaldıqmı? Mən nəsə deyəcəm və dəyişəcəksə, bu başqa məsələ. Mən artıq yoruldum deməkdən ki, Batistanı tuturlar, amma hakim oyunu dayandırmır.
23-cü tur. “Turan Tovuz” – “Araz-Naxçıvan” 1:0
Birinci hissədə taktiki planda bəzi səhvlərimiz oldu. Çətin, amma vacib qələbə idi. Futbolçularımı təbrik edirəm. Futbolçuların bir-birini başa düşməsi üçün vaxt lazımdı.
24-cü tur. “Şamaxı” – “Turan Tovuz” 0:1
Çətin oyun oldu. Şərtlər hər iki komanda üçün eyni idi. Həm “Şamaxı”, həm də biz müəyyən şanslar əldə etsək də, qələbə bizə qismət oldu. Bəli, matçda VAR və canlı yayın yox idi. Lakin hakimliklə bağlı hər şey qaydasında idi… Sonda necə olacağını hamı görəcək. Allah necə məsləhət bilsə, elə də olacaq.
25-ci tur. “Turan Tovuz” – “Zirə” 0:2
“Zirə” kimi komandaya qarşı matçda erkən qol buraxandan sonra toparlanmaq çətin olur. Biz də fərqlənmək üçün irəli atıldıq. Sonra meydanın mərkəzində hakimiyyəti rəqibə təhvil verdik. İkinci qoldan sonra müdafiəyə önəm vermək əvəzinə hücumu seçdik. “Zirə”nin layiqli qələbə qazandığını düşünürəm. Əks-hücumlarda təhlükəli olan komandadı… Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Başqa nəticə mənim üçün uğur sayılmır…
26-cı tur. “Neftçi” – “Turan Tovuz” 1:1
Paltardəyişmə otağında danışdım ki, uşaqlar bu gün Hakmana görə döyüşdülır. Qolu buraxandan sonra sona qədər mübarizə apardılar, onun üçün oynadılar. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Oyunun sonuna baxanda bunu düşünmək olar. Təkcə Samok yox, bütün komanda heç-heçəyə layiq idi.
27-ci tur. “Turan Tovuz” – “Sumqayıt” 1:2
Təəssüf ki, hər oyunda kobud səhvlər edirik və bu bizə baha başa gəlir. Göstəririk, başa salırıq, amma eyni səhvlər olur. Kompleks səhvlərdi. Bizdə olan problemləri deməyəcəm. Amma mən öz üzərimdən məsuliyyəti atmıram. Qalacam. Vəzifəmiz olduğu kimi qalır. Hələ bir dövrə var. Avrokubokları hədəfləyən komanda xüsusən evdə belə səhvlərə yol verməməlidi.
28-ci tur. “Turan Tovuz” – “Qarabağ” 1:4
3-cü qola qədər cavab qoluna ümid bəsləyirdik. Əvəzetmələrdən sonra şansımız qalmadı. Əvəzetmələr rəqibin oyununu gücləndirdi. Uşaqlarda həvəs var idi və həddən çox idi. Bu da müəyyən qədər mane oldu. Azarkeşlər bizi həmişə dəstəkləyir. Təəssüf ki, onları sevindirə bilmədik.
29-cu tur. “Səbail” – “Turan Tovuz” 0:0
Yaxşı başa düşürük ki, 2 xal itirdik. İlk hissədə ehtiyatlı oynadıq. İkinci hissədə bir qol çatmadı. Növbəti oyunlarda daha yaxşı oynayacağımıza ümid edirik.
30-cu tur. “Turan Tovuz” – “Sabah” 2:1
Fikirləşirəm ki, layiqli qələbə qazandıq. Halbuki yaxşı başlamadıq. İkinci hissədə oyununun axarını tam dəyişə bildik. “Qırmızı” aldığım epizodu necə dəyərləndirərdim? Emosiyalar idi. Belə davranmalı deyildim. Emosiyalarıma hakim ola bilmədim. Biz heç kimdən asılı olmaq istəmirik. Kiminsə uğursuzluğuna yox, öz oyunumuza köklənirik.
Berdıyev qırmızı vərəqə görə 31-32-ci turlarda ehtiyat oyunçular skamyasında əyləşə bilməyib.
33-cü tur. “Zirə” – “Turan Tovuz” 1:0
"Zirə"nin güclü tərəfi nə idisə, o da işə yaradı. Əks-hücumda yaxşı, sürətli hücumçuları var. Oyunçularımızı xəbərdar etmişdik, ancaq işə yaramadı. Təbii ki, belə oyunla nəyəsə ümid etmək çətindi. Komandamın oyunundan razı qalıb-qalmamağıma gəlincə, müəyyən məqamlarda razı qaldım. Amma ümumilikdə yox. Avrokuboklara yollanmaqdan ötrü "Qarabağ"a kubokun finalında azarkeşlik etməkdən başqa çarə görürəm? Sözsüz, belə olacaq. Amma "Araz-Naxçıvan"ın büdrəməsini də gözləyəcəyik. Üç oyunumuz qalıb ki, onları qazanmalıyıq.
34-cü tur. “Neftçi” – “Turan Tovuz” 1:2
“Neftçi” qələbəyə layiq idi. Müdafiədə olan kobud səhvlərimizdən istifadə etdilər. Azarkeşlər qarşısında utanırıq. Hakim idarəçiliyindən razı qaldım? Bu sualı cavablamayım. Çox şeyi artıq başa düşə bilmirəm.
35-ci tur. “Sumqayıt” – “Turan Tovuz” 0:1
Layiqli qələbə qazandıq. Lakin bəzi epizodları dəyərləndirə bilmədik. İlk iki dövrə ərzində demək olar ki, səhvə yol vermədik. Düzü, əvvəldən 4-cü pillədə qərarlaşacağımızı desəydilər, sevinərdim. Çünki bu çempionatı tanımırdım. Ancaq hadisələrin axarına uyğun olaraq deyə bilərəm ki, daha yaxşısını edə bilərdik. Aparıcı futbolçularımızın zədələnməsi işləri korladı.
36-cı tur. “Turan Tovuz” – “Kəpəz” 4:0
Oyundan məmnun qaldım. Mövsümün son matçında azarkeşlərə sevinc verə bildik. Daha da yaxşı oynaya bilərdik.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 İyun 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see270

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see137

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see127

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see122

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see121

Azər Qasımlının məhkəməsi başlayıb

18 İyun 2025 17:46see117

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see117

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see116

Xameneyi: Döyüş başlayır

18 İyun 2025 08:53see115

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see115

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see115

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see114

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see114

UNFCCC in Katibliyinin üzvü: COP29 un sədrliyi COP30 un Gündəliyinin qəbul olunmasında körpü rolu oynadı

18 İyun 2025 07:01see113

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see112

Həkim: “Coca Cola Zero” infarkt və insult riskini artıra bilər

18 İyun 2025 08:06see112

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see112

Tofiq Musayev: Kiminləsə döyüşdən imtinanı özümə yaraşdırmıram

18 İyun 2025 11:17see111

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

18 İyun 2025 17:36see111

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri