Icma.az
close
up
RU
Berezutski: “Müasir futbolda intensivlik vacibdir“

Berezutski: “Müasir futbolda intensivlik vacibdir“

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasının XXVI turunun “Şamaxı” – “Sabah” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Bugünkü oyunumuzu əvvəlki matçla müqayisə etsək, kifayət qədər inamsız oynadıq. Matçın gedişində çoxlu fasilələr oldu və sürət azaldı. Buna yol verən rəqib komanda idi. Müasir futbolda intensivlik vacibdir. Rəqibin oyunçuları çoxlu fasilələrlə səbəb olurdu. Amma bu, bəhanə deyil. Daha yaxşı oynayıb, qələbə qazanmalı idik.

– Artıq ikinci dəfə Şamaxıda məğlub oldunuz. Burda xal qazana bilməməyinizin səbəbi nədir?
– Deyə bilərəm ki, mövqe hücumlarına keçərkən rəqibin müdafiəsini yara bilmirik və onlar əks-hücumda bizi yaxalayır.

– Meydançada balacaboylardan olan Edqar Adilxanov sizə başla qol vurdu. Buna necə izah verərdiniz?
– Bu, futboldur. Mövqe seçimimizdə səhvlik oldu.

– Özünüz futbolçu kimi komandanızda lider idiniz. İndi heyətdə mental lider oyunçunuzun olmamağı əsas problemlərdəndir?
– Əlbəttə, liderin olması çox önəmlidir. İnanıram ki, bizim də belə oyunçumuz olacaq və komandanı arxasınca aparacaq.

– Bir neçə gün əvvəl Abdulla Rzayev və Şakir Seyidov əvəzedici komandaya göndərildi. Daha öncə də kapitan Elvin Camalova “qapını” göstərdiniz. Yerli oyunçulara antipatiyanızın olmasının səbəbi nədir?
– Heç bir antipatiya yoxdur. Seymurun meydana qayıtması, Xəyalın startlarda olması bunu göstərir. Oyunçuların əvəzedici komandalara göndərilməsi səviyyələri ilə bağlıdır. Bu, mən və məşqçilər korpusunun qərarıdır. Bir də uşaqların yanaşmasından çox şey asılıdır.

– Qışda Abdulla Rzayevə “Neftçi”dən təklif olsa da, siz qalmasını istəmişdiniz. Qısa zamanda nə dəyişdi ki, indi əvəzedici komandadadır?
– Mən saxlamışam? Bu, sizdə olan məlumatdır.

– Turnir cədvəlində özünüzdən aşağı olan komandalara xallar itirirsiniz. Komandanı siz köklərə kökləyə bilmirsiniz, yoxsa oyunçulardadır problem?
– Bu, sadəcə bəzən oyunçuları kökləməklə bağlı deyil. Özümüzdən aşağı komandalara qarşı çətinliklərimiz onların sıx müdafiəsi ilə bağlıdır. Futbolçuların istəyi ilə bağlı nəsə deyə bilmərəm. Onların arzulu olduğunu rəqəmlər də göstərir.

– Mikels və Parris uzun müddətdir, “səhnədə” deyil. Bu, nə ilə bağlıdır?
– İkisinin də ağrıları var. Zədə səbəbindən yoxdurlar.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Mart 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri