Icma.az
close
up
RU
Berezutski “Qarabağ”ın zəfər yürüşünü dayandırdı

Berezutski “Qarabağ”ın zəfər yürüşünü dayandırdı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabah (Bakı) – Qarabağ (Ağdam) 1:1 (0:0)
1. Yusif İmanov – 6,5
4. Elvin Camalov (k) – 6,0
(10. Namik Ələskərov, 63) – 4,5
17. Tellur Mütəllimov – 6,0
8. Ayaz Quliyev – 6,0
2. Amin Seydiyev – 6,0
88. Xəyal Əliyev – 5,5
(70. Cesse Sekidika, 56) – 5,0
7. Boyan Letiç – 6,0
44. Sofian Çakla – 5,5
18. Pavol Safranko – 6,0
(20. Coy-Lens Mikels, 63) – 5,6
40. İqor Noqeyra – 4,5
(3. Con İrasabal, 80) – qiymətsiz
99. Neqoş Kupusoviç – 6,0
(12. Vinsent Til, 63) – 5,0
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
9. Anatoli Nuriyev
5. Rəhman Daşdəmirov
22. Abdulla Rzayev
11. Kahim Parris
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: Yusif İmanov
99. Mateus Koxalski – 6,0
55. Bədavi Hüseynov (k) – 6,0
(13. Bəhlul Mustafazadə, 72) – 4,5
30. Abbas Hüseynov – 5,0
(44. Elvin Cəfərquliyev, 63) – 5,0
27. Toral Bayramov – 6,0
90. Nəriman Axundzadə - 6,5
8. Marko Yankoviç – 6,0
18. Olavio Juninyo – 6,0
(21. Aleksey Kaşuk, 72) – 5,5
2. Mateus Silva – 6,0
6. Julio Romao – 5,5
(7. Yassin Benzya, 63) – 5,5
15. Leandro Andrade – 6,0
11. Emmanuel Addai – 5,5
(10. Abdulla Zubir, 63) – 5,5
Ehtiyat oyunçular
1. Şahrudin Məhəmmədəliyev
97. Fabian Buntiç
20. Riçard Almeyda
22. Musa Qurbanlı
29. Marko Veşoviç
66. Patrik Andrade
19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Nəriman Axundzadə
Qollar: N.Kupusoviç, 49 (1:0, E.Camalov). N.Axundzadə, 68 (1:1, O.Juninyo).
Vərəqələr: J.Romao, 35 (qeyri-idman hərəkəti). E.Camalov, 46 (qeyri-idman hərəkəti). V.Til, 85 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərviz Talıbov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı).
7 dekabr. Bakı. “Bank Respublika Arena”. 3000 tamaşaçı (8700 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bu komandaların dueli maraqla gözlənilirdi. Bir tərəfdə Vasili Berezutskinin gəlişindən sonra özünü sübut etməyə çalışan “Sabah”, digər tərəfdə isə yenidən liderliyə yüksəlmək istəyən “Qarabağ” var idi. Ağdamlılar cəmi bir saat əvvəl bitən oyunda “Araz-Naxçıvan”ın qələbə qazanmaqla zirvəni ələ keçirdiyindən xəbərdar idi. Üstəlik son üç oyunda bir-birinin ardınca “Zirə”, “Səbail” və “Neftçi”ni darmadağın edən çempionun yenə də qələbəyə can atacağı aydın idi.

İlk dəqiqələrdən top uğrunda gərgin mübarizə getdi. “Bayquşlar” heç də rəqibdən geri qalmırdı. Amma ilk təhlükəli vəziyyəti qonaqlar yaratdı. Yankoviçin kornerdən qapı önünə ötürməsini Leandro baş zərbəsi ilə tamamlamaq istəsə də, Yusif İmanov ayıq-sayıq idi. Meydan sahiblərinin ifasında ilk təhlükəli vəziyyət 13-cü dəqiqəyə təsadüf etdi. Seydiyevin cərimə meydançasına ötürməsini Bədavi uzaqlaşdıra bilmədi. Elvin Camalov topu Tellura ötürsə də, onun da zərbəsi qeyri-dəqiq oldu. 29-cu dəqiqədə Toral Bayramoun cərimə zərbəsi də yaxşı alınmadı. Hissənin sonuna qədər qarşılıqlı hücumlar davam etsə də, hesab açılmadı.
Komandalar 2-ci hissəyə də eyni heyətlə başladı. Sadəcə, meydandakı mübarizə daha canlı, maraqlı xarakter aldı. 47-cu dəqiqədə Leandro sürəti hesabına üç rəqibdən yayınıb zərbə endirsə də, top qapıdan aralı keçdi. Amma “köhlən atlar”ın bu fəallığı uzun sürmədi. 49-cu dəqiqədə Ayaz Quliyevin kornerdən qapı qarşısına ötürməsini Abbas Hüseynov uzaqlaşdıra bilmədi. Hücumun davamında Camalov topu Kupusoviçə çatdırdı. O isə topu saxlamadan, birbaşa zərbə endirməklə hesabı açdı – 1:0. Həmin epizodda Abbas sona qədər mübarizə aparmağı yox, yerə yıxılmağı seçdi. Təbii ki, ağdamlılar məğlubiyyətlə barışmaq fikrində deyildi. Qurban Qurbanov Benzya, Zubir və Cəfərquliyevi meydana buraxmaqla hücumu gücləndirdi. Maraqlıdı ki, Berezutski də elə həmin an Mikelsi oyuna qoşdu, sanki 2-ci qolu vurmaq niyyəti güdürdü. 68-ci dəqiqədə daha bir qol vuruldu. Bu dəfə “Sabah”ın qapısına. Leandrodan ötürmə alan Juninyo cinahda Noqeyranı tank kimi əzib cərimə meydançasına daxil oldu. Braziliyalının ötürməsini Nəriman dəqiq zərbə ilə tamamladı – 1:1.
75-ci dəqiqədə “Qarabağ” hesabda önə keçməyə yaxın oldu. Yankoviçin ötürməsi zamanı Noqeyra topu uzaqlaşdıra bilmədi, Nəriman onu geridə qoyub, zərbə vursa da, top qapıdan azca aralı keçdi. 79-cu dəqiqədə Nərimanın fərqlənmək cəhdinin qarşısını İmanov aldı. Sona yaxın Zubir – Benzya – Kaşuk kombinasiyasını sonuncu qeyri-dəqiq zərbə ilə tamamladı. Uzatma dəqiqələrində Zubir, Kaşuk və Benzya qələbə topunu vurmaq imkanını əldən verdi. Beləliklə, bu maraqlı oyunda qalib müəyyənləşmədi.
ƏSƏD SEYİDOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Dekabr 2024 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri