Icma.az
close
up
RU
Berezutski qələbəni şərh etdi İdmanXəbər

Berezutski qələbəni şərh etdi İdmanXəbər

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sabah” Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

İdmanxeber.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyun asan alınmadı. Birinci hissədə daha yaxşı çıxış etdik. İkinci yarıda bir az arxaya oturduq. Yəqin ki, ikinci qolu vurmaq lazım idi. İşləməyə davam edəcəyik ki, daha məzmunlu oyunlar görəsiz.

– Kapitan ehtiyatda qalmışdı. Elvin Camalovun ehtiyatda qalmasının səbəbi nə idi? Davamı olaraq da, niyə məhz Pavol Şafrankonu kapitan seçmişdiz?

– Bu, məşqçilərin qərarı idi. Qısa zamanda çox oyunumuz olacaq. Rotasiyalar edəcəyik. Elvin bu gün ikinci hissədə oynadı. Meydana çıxanda da kapitan sarğısını aldı.

– Komandanın potensialı haqda fikir formalaşıb sizdə?

– Fikirlərim müsbətdir. Hücum xəttimizin potensialı yüksəkdir. Bəzi komponentlərdə artırmalıyıq ki, yüksək yerlərdə gedən komandalarla rəqabət aparaq. 

– Maqsud Adıgözəlov Rusiya mətbuatına açıqlamasında demişdi ki, komandanı qısa müddətdə toparlamalı və hədəflərə çatmalıyıq. Sizin qarşınıza əsas olaraq hansı hədəflər qoyulub?

– Avrokuboklara düşmək. Azərbaycana qonaqpərvərliyinə görə təşəkkür edirik.

– Kubok yolu ilə, yoxsa çempionat yolu ilə?

– Bizi istənilən yol razı salır. Amma yəqin ki, ən qısa yol kubokdur.

– Məşqçilərin qərarı Elvin Camalovun ehtiyatda oturması idi, yoxsa kapitan sarğısını Şafrankoya vermək?

– Bizdə ikicni kapitan Amin Seydiyevdir. Digəri isə Namik Ələsgərovdur. Bəzi futbolçularda emosional yüksəliş olur. Pavola ona görə vermişdik. Qısa müddətdə çox oyun olacaq. Dəyişikliklər az olmayacaq.

– Murad Musayevlə “Sabah” haqda danışmısız? Azərbaycan futbolu haqda məlumatınız var idi?

– Xeyr, Muradla danışmamışam. O, mesaj yazaraq uğurlar arzladı. Azərbaycan futbolu haqda bilirəm ki, “Qarabağ” avrkuboklarda oynayır, “Sabah” da oynayıb. Azərbaycan futbolunu Murada görə bilirəm. Onunla brlikdə, PRO kateqoriyasını oxumuşuq. O, mənə çox şey deyib. Dediklərindən nəticəyə gəlirəm ki, həqiqətən reallığa uyğundur. 

– Təklif kimdən gəldi və düşünmək üçün nə qədər vaxt lazım oldu?

– Təklif ani alındı. Təkliflə qərar arasında vaxt az oldu. Mənim üçün “Sabah”ı çalışdırmaq böyük fəxr idi. Ona görə də bundan imtina edə bilməzdim.

– “Qarabağ”ı çıxmaq şərtilə hansı klubla maraqlanmısız?

– Azərbaycan futbolu inkişaf edir. İnfrastuktura çoxlu yatırım edilir. Hamımız birlikdə daha da irəliyə doğru gedəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 29 Noyabr 2024 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri