Icma.az
close
up
RU
Berezutski Tovuzdakı süni meydançadan gileylənləndi

Berezutski Tovuzdakı süni meydançadan gileylənləndi

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Sabah" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Turan Tovuz"u penaltilər seriyasında məğlub edərək növbəti raunda yüksəlib.

QOL.az sportal.az saytına istinadən xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. Onlar xarakter göstərdilər. Oyun bizim üçün çox çətin alındı. Uşaqlar özlərində güc tapdılar və qələbə qazandıq. Mərhələ adlamağın bizim üçün önəmi böyükdür. "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçiyə şəfa diləyirəm. İnanıram ki, tez bir zamanda sağalacaq.

- Penaltilər seriyası planlarınıza daxil idi?

- Qapıçılarımız hazır idilər, oyunçularımız yox. Penaltilər seriyası lotoreyadır. Burada kim stressə daha dözümlü olursa, o qalib gəlir.

- Mətbuatda belə xəbər var ki, "Turan Tovuz" Sofian Çakla ilə maraqlanır. Futbolçu da oyun bitən kimi dərhal paltardəyişmə otağına yollandı. Bunun səbəbi nə idi?

- Sofian həqiqətən də çox fərqli şəxsiyyətdir. Bəzən onun davranışlarını heç kim başa düşmür. Amma mən belə insanları çox sevirəm. Burada qeyri-adi bir şey görmürəm.

- Növbəti oyununuz "Qarabağ"a qarşı olacaq. Belə çətin matçdan sonra komandanı necə hazırlayacaqsınız?

- Əlbəttə ki, çox ağır olacaq. Futbolçuların əksəriyyəti bu gün 120 dəqiqə meydanda oldu. Müəyyən rotasiyalar edəcəyik. Əlavə edərdim ki, bu gün süni meydançada oynamaq vəziyyəti bir qədər də ağırlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://qol.az
archiveBu xəbər 03 Dekabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri