Berlin gələcəkdə Türkiyəyə 40 Eurofighter Typhoon qırıcısının ixracına razılıq verib
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
“TASS” xəbər verir ki, Almaniya hökuməti 40 Eurofighter Typhoon qırıcısının Türkiyəyə çatdırılması ilə bağlı gələcək müqaviləni təsdiqləyib. Bu barədə Oxuməni.az -ın “Spiegel” jurnalına istinadla yazdığı xəbərinə görə, Ankara 2023-cü ilin mart ayından etibarən Almaniya şirkətlərinin “Eurofighter”-in istehsalında iştirakı Almaniya hakimiyyətinin razılığını tələb etdiyi üçün çatdırılma üçün Berlindən razılıq tələb edir.
Əvvəllər keçmiş kansler Olaf Şolzun kabineti belə razılıq verməsə də, Federal Təhlükəsizlik Şurasının qapalı iclasından sonra hakimiyyət müsbət qərar qəbul edib. “Spiegel” qeyd edir ki, əsas rolu keçən həftə kansler Fridrix Merzin görüşdüyü Britaniyanın yeni baş naziri Kir Starmerin təzyiqi oynayıb.
Berlin artıq Türkiyəni, o cümlədən Yunanıstan və Britaniya hökumətlərini qəbul etdiyi qərarlar barədə məlumatlandırıb. Razılaşmanın şərti kimi Ankara qırıcılardan yalnız NATO missiyaları çərçivəsində istifadə edəcəyini və onları alyansın digər üzvlərinə qarşı göndərməyəcəyini vəd edib. “BAE Systems” ilə müqavilənin yekun parametrləri təsdiqlənmə mərhələsində qalır.
Jurnal yazır ki, sifarişin dəyəri 4,75 milyard avro dəyərində qiymətləndirilir.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 23 İyul 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















