Icma.az
close
up
RU
Berlin polisi HƏMAS ın İsrailə hücumunun ildönümü ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirib

Berlin polisi HƏMAS ın İsrailə hücumunun ildönümü ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Berlin, 6 oktyabr, AZƏRTAC

Berlin polisi ərəfəsində keçiriləcək tədbirlərlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, şəhər rəhbərliyi mümkün iğtişaş və zorakılıq hallarının qarşısını almaq üçün genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirir. Polisin məlumatına görə, həmin gün paytaxtda ümumilikdə minə yaxın polis əməkdaşı xidmət göstərəcək. Berlin polisinin bütün çevik müdaxilə dəstələri birləşdiriləcək və şəhərin müxtəlif bölgələrində 24 saat rejimində patrul xidməti aparılacaq. Xüsusi mühafizə tədbirləri HƏMAS hücumu və İsrailin “Nova” festivalı ilə əlaqədar sərginin keçiriləcəyi Tempelhof hava limanı ərazisində görüləcək.

Artıq bir neçə insident qeydə alınıb. Şəhərin Noyköln və Kroyzberq rayonlarında İsrail əleyhinə şüarlar səsləndirərək iğtişaşlar törədən bir qrup şəxs yolları bağlamağa cəhd göstərib, pirotexniki vasitələrdən istifadə edib. Polisin dərhal müdaxiləsindən sonra 15 nəfər saxlanılıb.

Berlin polisi oktyabrın 7-də baş verə biləcək etirazlar, blokadalar və zorakılıq hallarının qarşısını almaq məqsədilə İsrail əleyhinə radikal mövqeyi ilə tanınan beş nəfərin oktyabrın 7-dən 12-dək keçiriləcək ictimai tədbirlərdə iştirakına qadağa qoyub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri