Berlin polisi iğtişaşlarla əlaqədar 18 nəfəri saxlayıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Berlin polisi şənbə günü keçirilən nümayişdən sonra ictimai asayişin pozulması ilə bağlı 18 nəfəri saxlayıb.
"Report"un məlumatına görə, bu barədə yerli polisin "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilib.
Məlumata görə, Berlinin Fridrixshayn rayonunda radikal solçu tərəfdarların nümayişi zamanı baş verən iğtişaşlarda səkkiz polis əməkdaşı xəsarət alıb.
"Hazırkı məqamda ictimai asayişin, Almaniya Cinayət Məcəlləsinin 86a maddəsinin (anti-konstitusion təşkilatların simvollarından istifadənin qadağan olunması) və partlayıcı maddələr haqqında qanunun pozulması ilə əlaqədar 18 nəfəri saxlamağa məcbur olduq", – açıqlamada qeyd olunub.
Hüquq mühafizə orqanlarının məlumatına görə, Almaniyanın paytaxtında keçirilən mitinqdə təxminən min nəfər iştirak edib, təhlükəsizliyi isə 500 polis təmin edib. Gecəyə yaxın nümayişçilər aqressiv davranmağa başlayaraq polislərə butulkalar, fişənglər atıb və qadağan olunmuş təşkilatların şüarlarını səsləndiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 14 Dekabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















