Icma.az
close
up
RU
Berlin şəhərində Ukrayna və ABŞ arasında müharibənin sona çatması ilə bağlı danışıqlar davam edir

Berlin şəhərində Ukrayna və ABŞ arasında müharibənin sona çatması ilə bağlı danışıqlar davam edir

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 15-də Berlin şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Rusiyanın başlatdığı müharibənin sona çatması ilə bağlı danışıqlar davam edib.

Bizimyol.info xəbər verir ki, "Sosial" Ukrayna nümayəndə heyətindəki mənbələrə istinadən məlumat verib.

Xatırladaq ki, Ukrayna nümayəndə heyəti, Prezident Vladimir Zelenski rəhbərliyində, 14 dekabrda Almaniyanın paytaxtına gəlib. Danışıqlarda Ukraynadan Milli Təhlükəsizlik və Müdafiə Şurası, Xarici İşlər Nazirliyi, Prezidentin Ofisi və Baş Qərargahın rəhbərləri iştirak edib. ABŞ tərəfindən isə görüşlərdə Stiv Vitkoff, Cered Kuşner və NATO-nun Avropadakı birləşmiş silahlı qüvvələrinin baş komandanı, amerikalı general Aleksus Qrinkeviç iştirak ediblər.

Danışıqların davam etməsindən əvvəl, dekabrın 15-də Ukrayna Prezidenti Finlandiya Prezidenti ilə ayrıca görüş keçirib. Prezidentin Ofisindən verilən açıqlamaya görə, bu danışıqlar Berlində baş tutub. Finlandiyanın "Helsingin Sanomat" nəşri 14 dekabrda Aleksandr Stubbun ABŞ nümayəndələri Stiv Vitkoff və Cered Kuşnerlə qeyri-rəsmi görüş keçirdiyini, görüşün təxminən 20 dəqiqə davam etdiyini bildirib.

Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşü haqqında Vladimir Zelenski öz Telegram kanalında yazıb: "Finlandiya Prezidenti Aleksandr Stubb ilə yaxşı görüş oldu. Hazırda diplomatik istiqamətdə çox iş var və biz bunun nəticələrini müzakirə etdik. Həmçinin Berlindəki bu günkü görüşlər öncəsi birgə mövqeləri koordinasiya etdik və növbəti addımları razılaşdırdıq", - deyə qeyd edib.

Ukrayna Prezidenti Finlandiyaya dəstəyinə görə təşəkkür edib, ölkənin PURL proqramında iştirakını yüksək qiymətləndirib, bu proqramın Ukraynanın müdafiə gücləndirilməsi ilə danışıqlarda mövqelərini möhkəmləndirdiyini vurğulayıb.

Zelenski: "Aleksə davamlı koordinasiya və dövlətimizə yardım göstərdiyi üçün ayrıca təşəkkür edirəm", - deyə həmkarına şəxsi təşəkkürünü ifadə edib.

Berlindəki səfər çərçivəsində Vladimir Zelenskinin Almaniya rəhbərliyi ilə – kansler Fridrix Mertz, Prezident Frank-Valter Ştaynmayer və Bundestaqın sədri Yuliya Klöknər ilə görüşləri nəzərdə tutulub. Bundan əlavə, AB, Böyük Britaniya, Avropa Komissiyası, Avropa Şurası və NATO liderləri ilə də danışıqlar keçiriləcək.

Bu günlərdə Finlandiya Prezidenti qeyd etmişdi ki, hazırkı danışıqlar mərhələsi kritikdir və sülh razılaşması son dörd ildə ən yaxın nöqtəyə çatıb. Onun sözlərinə görə, ABŞ, Ukrayna və Avropa tərəfdaşları üç sənəd üzərində işləyir: 20 maddədən ibarət sülh tənzimləməsi planı, təhlükəsizlik zəmanətləri paketı və müharibə sonrası bərpa konsepsiyası.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Dekabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri