Berlində Fələstinə dəstək yürüşünə 100 mindən çox insan qatılıb
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyanın paytaxtı Berlində təxminən 50 qurumun birgə təşkilatçılığı ilə İsrailin Fələstin ərazilərinə hücumlarına etiraz olaraq "Bütün nəzərlər Qəzzada" başlığı ilə yürüş keçirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət kansleri önünə toplaşan iştirakçılar Bundestaqın yanından keçərək Berlinin simvollarından biri olan Qrosser Ştern meydanına doğru yürüş ediblər.
Etirazçılar Almaniyanın İsrailə silah ixracını dərhal dayandırmasını, Qəzzaya humanitar yardımların çatdırılmasını və Avropa İttifaqının (Aİ) İsrailə qarşı sanksiyalar tətbiq etməsini tələb edib.
Qeyd edək ki, fəallara qadağan olunmuş təşkilatların simvollarını nümayiş etdirməmək və polisin müdaxiləsinə səbəb ola biləcək şüarlar səsləndirməmək barədə xəbərdarlıq edilmişdi.
Məhəmməd Tağıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 29 Sentyabr 2025 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















