Berlində İlon Maskın mağazasına boya tökdülər
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Almaniyada "Yeni nəsil" hərəkatının ətraf mühit fəalları etiraz əlaməti olaraq amerikalı sahibkar İlon Maska məxsus "Tesla" şirkətinin Berlindəki mağazasının pəncərəsinə boya töküblər.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın "Tagesspiegel" nəşri məlumat yayıb.
Qeyd olunur ki, hadisə Mitte rayonundakı "Mall of Berlin" ticarət mərkəzində baş verib. Keçirilən əməliyyat tədbirləri zamanı vandalizmi törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
"Hər üçünün əlində karton plakatlar var idi. Onlardan birində özlərini "Yeni nəsil" qrupunun üzvləri kimi təqdim ediblər. "Son nəsil" iqlim dəyişikliyinə qarşı etiraz qrupu indi özünü belə adlandırır", - bəyanatda bildirilir.
Məlumata görə, plakatlarda hərəkatın sağçılara və varlılara qarşı olduğu bildirilib ki, bu da "Tesla" şirkətinin baş direktoruna işarə edir.
Baxış sayı:96
Bu xəbər 02 Mart 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















